beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Rovwen Ve Aynur

Bir gün Rövşən parkda oturub segilisi Aynuru gözləyirdi. Birdən bir yaşlı insan ona
yaxınlaşıb, bir neçə sorğu sualdan sonra Aynuru gözləyirsən elə deyilmi?dedi: Rovşən: sən onu hardan tanıyırsan? Yaşlı insan: Tanımıram... Sadəcə mən bu həyatda hər şeyi bilirəm, görürəm, duyuram... Bax
bir neçə dəqiqədən sonra burdan idman formasında qaçan bir kişinin ürəyi tutacaq, yerə yıxılacaq, xəstəxanaya aparacaqlar orda da öləcək. Düzü Rövşən kişiyə bir az dəli kimi baxırdı. Amma çox keçmədi, həqiqətəndə qacan bir insanın ürəyi tutub yerə yıxıldı... Rövşən qorxmağa başladı. Yaşlı insan dedi: Bax oğlum sənin sevgilin Aynur birinci gün rəfiqəsigildən qonaqlıqdan çıxanda yol qəzası baş verəcək. İki nəfər öləcək. Onlardan biri də sənin sevgilin Aynur olacaq. Rövşən dəli olur və kişiyə bir neçə sual verməyə başlayır. Necə eləyək? onu xilas edə bilərik elə deyilmi? mən gedim qoymayım onu rəfiqəsigilə getsin. Onda ona heçnə olmaz elə deyil? Yaşlı insan: yox oğlum bu yazılıbsa dəyişmək olmaz. Rövşən: Bəs niyə bunu mənə dedin niyə məni dəli elədin? Yaşlı insan: Sən onu xilas eləyə bilərsən. Rövşən: Necə? Yaşlı insan: Bunun üçün sən 3 şeydən- görmə, eşitmə və səsini qurban verməlisən. Onda Aynura heç nə olmayacaq. Narahat olma o sənin yanında qalacaq. Sənə o baxacaq. Xoşbəxt olacaqsınız.Fikirləş əyər razı olsan sabah səni bu park da gözləyəcəm. Rövşən heç
nəyə baxmayaraq "yox onu özüm xilas edəcəm" deyir. Birinci gün Rövşən parka gedir. Aynurun gəldiyini görür Aynur yoldan keçərkən onu maşın vurur. Rövşən heç nə eləyə bilmir. Bir neçə gündən sonra Rövşənə məktub gəlir. Bu Aynurdan idi. Amma 6-cı günü yazılmış məktub idi. Məktubda yazılb... "Əzizim Rövşən səni nə qədər çox sevdiyimi özün də bilirsən. Mən parkda oturanda bir yaşlı insan mənə yaxınlaşdı. O bizim haqqımızda hər şeyi bilirdi. Sanki bizi tanıyırdı. Birgə keçirdiyimiz günləri mənə danışdı.Amma mən onu tanımırdım. O mənə sənin sevgilin Rövşən vəfat dəcək dedi.Dəli oldum... Onu necə xilas eləyə bilərik? deyə soruşdum...Bunun üçün sən canını qurban verməlisən dedi.Məndə dayana bilmədim razılaşdım.Bağışla məni. Bizim çox planlarımız var idi. Biz bir birimizə çox sözlər vermişdik. Ama olsun� Təki sənə bir şey olmasın. Sən bu məktubu oxuyanda bəlkə də mən həyatda olmayacam.Bu məktubu sənə göz yaşlarımla yazıram. Bəlkədə bunu hiss edirsən. Amma hər nə olursa olsun səni çox sevdiyimi unutma.Bu dəqiqə sənin həyatda var olduğunu bilmək mənə dünyalara dəyər. Rövşən baş vermiş hadisələri başa düşmüşdü ama artıq gec idi. Canından çox sevdiyi Aynuru artıq həyatda yox idi...


Tarix: 19.11.2013 / 04:09 Müəllif: Akhundoff Baxılıb: 135 Bölmə: Sevgi varmı?