beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Yasanmis Sevgi Hekayesi

10-cu sinfe yeni baslamisdim ve unversitete hazirliq telasi hami kimi meni de heyecenlandirirdi, bu yay diger yay tetilleri kimi bosa kecmemeli idi. Artiq bir nece fenn uzre harlasirdim. Dersler ilk vaxtlarda cetin olsa de maraqli idi. Onu ilk defe Kimya fenni uzre hazirliga gederken gordum. Cox sirin bir qiz idi. Ilk gorusde sevgi munasibeti qurmaq barede dusunmesem de onunla dost olmaq isteyirdim, hazirliqdaki diger abiturientler kimi. Vaxt kecdikce bir-birimize alisirdiq…
1 il kecdi. Novbeti yay tetili gelmisdi. Grupda 6 nefer oldugumuzdan muellimemiz bizi ayirmaq gerarina geldi. Onunla bir qrupa duse bilmedim. Halbuki bunu cox isteyirdim amma hec kime ne deyirdim ne de belli edirdim. Utangac oldugum qeder cekingen bir xasiyyetim de vardi. 11-ci sinfe yeni baslamisdim. Mekteb o qeder de maraqlandirmirdi meni ,sadece butun quvvemi hazirliga vermisdim, vaxt kecir, zaman daralirdi. Bu muddet erzinde onun baresinde bir o geder dusune bilmirdim. Amma her defe internet kafeye geden zaman ona yazirdim. Bu cox xosuma gelirdi. O da mene yazirdi. Artiq dost munasibeti qurmusduq. Amma bir o qeder de yaxin deyildik. Cunki onu cox nadir hallarda gorurdum. Yolumuz ve hazirliq vaxtlarimiz ust-uste dusmurdu.
Qebul imtahani… Universitete qebul oldum, diger telebe namizedleri ile de maraqlanirdim. Kimi sevinir, kimi teessuflenirdi, daha 1 il oxumali ve novbeti il senedlerini vermeli idi. o da bu hisleri yasayirdi. Gebul ola bilmemisdi universitete. Cox teessuflenirdim.Universitete
basladigim gunlerde yeniden ona yazdim. Artiq uzun zaman idi ki ona
yazmirdim. Adresini hele de istifade etdiyine bir o qeder de emin deyildim amma yene de yazdim. O aralar internete gunlerle, bezen heftelerle bas cekmirdim. Bir gun cavab yazdigini gordum, sevindim. Daha bir mektub yazdim ve sonra daha bir mektub . Hec bir mektubum cavabsiz qalmirdi…Ozumun istifade ede bileceyim sexsi kompyuterim olduqdan sonra, neinki mektub, chat vasitesi ile sohbet edirdik, bezen saatlarla. Telefonu yox idi, amma universitete qebul olduqdan sonra mutleq olacagini soyleyirdi. Bele de oldu qebul olundu ve 1 neche hefte sonra mene nomresini verdi. Ona hislerim tamamile dostyana idi. Onun da mene hemcinin. Bir gun onu seveceyim aglima bele getirmirdi. Munasibetimiz yaxsi idi. Her gun olmasa da 1,2 hefteden 1 bir- birimizi yada salirdiq. Men 2 ci kursda oxudugum ucun onun hal- hazirda kecdiyi fennleri kecib qurtarmisdim. Bir gun ona defterlerimin mene lazim olmadigini, amma sene komek ede bileceyini dedim. Evvel istemediyini dese de nehayet defteri goturmek gerarina geldi.
Gorusduk..Onu uzun zamandan beri gormurdum. Evvelkinden daha gozel ve sirin idi. Bir nece gun otdu. Onu evelki vaxtlardan daha cox dusunduyumu hiss etdim . Daha cox elage saxlamaga calisirdim. Gece qaranligi gozleri ve ay uzu fikrimden cixmirdi. Sanki onu birincidi gorurdum. Ona vuruldugumu bilirdim artiq. Zaman kecdikce bunu mesajlarimda ister- istemez buruze verirdim, onu subhelendirirdim. Amma hec vaxt bunu ona demeyi dusunmurdum cunki mene dost kimi baxirdi ve bunda cox getiyyetli idi. Bir axsam cox israr etdi. Istemeyerek demeye mecbur oldum. Heyatimda ilk defe bir qiza aciq-askar onu sevdiyimi soyleyirdim. Cox vaxt ilk sevgi ugursuz olur meseli bu defe mene aid idi deyesen. Meni yalniz dost kimi gorduyunu deyirdi.
Her gun ona yazirdim, o da meni cavabsiz qoymurdu ve her defesinde bu sevgi sohbetini baglamagimi xahis edirdi. Hec kimin sevgisine ehtiyaci olmadigini,sevgi hissinin ona yad oldugunu ve hec bir oglani seve bilmeyeceyini deyirdi. Umid vermek istemese de bezi mesajlarinda cuzi de olsa umid vardi. Bu xirdaca umidlerle nefes alirdim sanki. Sevdiyi qizin bir oglana onu dost kimi gorduyunu soylemesinin nece hiss oldugunu ancaq bunu yasayanlar basa duse biler. Gunler kecir onun fikri deyismirdi. Onu cox incitmirdim, adet olunmus sevgi mesajlari yazmirdim. Yalniz ureyimin mene soylediklerini ya da sirf ikimizin munasibetini eks etdiren mesajlar. Bu onu cox narahat etmirdi. Onu incitmek, cetin veziyyetde qoymaq heyatimda istediyim en son sey idi. Artiq ne edeceyimi bilmirdim, bu qeder caresiz oldugum yadima gelmir. Ona her defe ureyimi acdiqca, sevdiyimi, bize bir sans yaratmagini xahis etdikce menden daha da uzaqlasirdi. Bir soz verdim, artiq ona bu barede hec ne demeyecekdim. O meni dost kimi bilir mense onu sevirdim. Hele de sevirem… Sonunu bile-bile, hec vaxt bir yerde olmayacagimizi bile- bile. Ureyim yorgun, Her bir umidini yarpaqlar kimi tokur. Geriye hec bir yarpaq-hec bir umid qalmayacaqmi? Umidsiz… Hec bir sey qalmayacaq… Sevdinmi hec, ya da sevildinmi? Ellerini tutub uzune qarsi “seni sevirem” deye bildinmi?.


Tarix: 19.11.2013 / 04:09 Müəllif: Akhundoff Baxılıb: 297 Bölmə: Sevgi varmı?