beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sənə Nifrət Edirəm!

Sənə nifrət edirəm! Ümidlərimi aldın, xəyallarımı puç etdin. Bu nifrətə layiqsən! Məni məndən aldın, məni səndə yaşatdın və məndəki səni öldürdün! Hər şeyi öldürdün sən! Hər şeyi məhv etdin! O gözəl hisslərimi, `sənli` gələcəyimi, arzularımı, hər şeyi...Sənə nifrət edirəm! Bu nifrəti bilə - bilə, özün yaratdın. Sənə nifrət edirəm! Artıq hər gecə sənə qovuşmaq üçün dua etmək əvəzinə sənə lənə oxuyuram. Məni yenə və yenə aldatdın! Mənə öz cılızlığını, səviyyəsizliyini göstərdin sən! Özünü mənim qabağımda HEÇƏ çevirdin sən! Sənə nifrət edirəm! Əvvəllər, yadındadı, səni görən kimi gülüb, necə sevinərdim, yolunda əriyərdim mən sənin! Amma indi...İndi səni görən kimi yolumu dəyişdirirəm. Sənin o hiyləgər baxışlarını görməmək üçün səndən qaçıram! Sənə nifrət edirəm! Özünü bu qədər sevdirdiyin üçün! Canımın bir parçası, aldığım nəfəs olduğun üçün! Hər zaman olduğu kimi bu dəfə `məni` səndə unutmadım! Bu dəfə xilas etdim özümü səndən! Sənin çirkin, yalan vədlər dolu sözlərindən, iyrənc əməllərindən. Sənə nifrət edirəm! Heçə dönmüsən artıq məndə! Böyük bir heçə! Eşidirsən məni? Artıq heçsən mənim üçün. Yolunda əriyən qız, eşqindən ölən, səni dəlicəsinə sevən qız deyir bunları. Artıq sevmirəm səni. Sənə nifrət edirəm! Oyandım artıq! Sənin bir yuxu, nağıl olduğunu anladım! Gec də olsa anladım...Gec də olsa öldürdüm məndəki səni! gec də olsa başa düşdüm:
HƏR ŞEY YALAN İMİŞ!
Gec də olsa...SƏNƏ NİFRƏT EDİRƏM!!!

Yaxşı ki, sonradan tanıdım səni,
Yaxşı ki, ömürlük aldanmamışam...


Tarix: 19.11.2013 / 04:09 Müəllif: Akhundoff Baxılıb: 47 Bölmə: Sevgi varmı?