beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Genc Oglanin Qerari..

Gənc bir oğlanın dörd qız yoldaşı vardı və heç cür
hansıyla evlənəcəyinə qərar verə bilmirdi. Ən
sonda doğru qərarı verə bilmək üçün bir test
etməyə qərar verdi.
Hər birinə min dollar verdi və "bu pulu istədiyiniz
kimi xərcləyin" dedi.
Birinci qız yoldaşı özünə yeni paltarlar və
ayaqqabılar aldı, gözəllik salonuna getdi. Gənc
oğlana geri dönüb belə dedi: "Sənin üçün ən gözəli
mən olmaq istəyirəm, çünki Səni sevirəm!"
İkinci qız yoldaşı isə gənc oğlanın xoşladığı yerə
iki bilet aldı, oqlanın xoşladığı kinoların disklərini
aldı və bir aya çatacaq qədər pivə ilə oğlana geri
döndü və belə dedi: "Bunları sənin üçün hədiyyə
aldım, əminəm səni xoşbəxt edəcək, sənin xoşbəxt
olmağınla birgə məndə xoşbəxt olacağam, çünki
Səni sevirəm!"
Üçüncü qız yoldaşı isə bu pulla yaxşı bir sərmayə
qoydu və qısa bir müddətdə pulun sayını iki qat
artırdı və bu pulu da müxtəlif sərmayə sahələrində
istifadə etdi. Gənc oğlana geri dönərək belə dedi:
"Mənə
verdiyin pulu, birlikdə yaşayacağımız xoşbəxt bir
gələcək qurmaq üçün çoxaltdım, çünki Səni
sevirəm!"
Dördüncü qız yoldaşı isə bu pulun bir qismiylə
çoxlu kitablar aldı, qalan qismiylə isə kasıblara əl
tutdu. Gənc oğlana geri dönərək belə dedi:
"Verdiyin pulun bir qismiylə, sənə layiq ola bilmək
üçün kitablar aldım, digər qismiylə isə sənin adına
kasıblara əl tutdum."
Gənc oğlan dörd qız yoldaşının etdiklərindən çox
təsirlənmişdi. Qərar vermək üçün çox düşündü....
Çooooox düşündü... Düşündü... Düşündü... Və
sonda böyük sinəli olanla evlənməyə qərar
verdi...


Tarix: 19.11.2013 / 04:09 Müəllif: Akhundoff Baxılıb: 73 Bölmə: Sevgi varmı?