beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Cox Sevmiwdim..

Rahib qəbiristanlıqdakı işini bitirmək üzrə idi. O anda əlli
illik arvadını itirən 78 yaşındakı kişi: " Onu nə qədər çox
sevdim ." deyərək qışqıra qışqıra ağlamaya başladı. Yaşlı
adamın yaşlı səsi mərasimin səssizliyini pozmuşdu.
Məzar başındakı digər ailə fərdləri və dostlar çox
təəccüblənmişdilər, kişinin bu hərəkətinə görə
utanırdılar. Uşaqları atalarını sakitləşdirməyə
çalışırdılar : "Yaxşı , ata. Səni anlayırıq." Yaşlı adam
qazılan məzara yavaş yavaş enən tabuta baxırdı ...Rahib
mərasimə davam etdi.
Mərasimin sonunda, ailə
fərdlərini ölüm mərasiminin
bağlanışı olaraq tabutun üstünə
torpaq atmağa çağırdı. Yaşlı
adam xaricində hamısı sırayla
torpaq atdılar. Yaşlı adam hələ
də: "Onu nə qədər çox
sevdim" deyə danışırdı. Qızı və
iki oğlu yaşlı kişi susdurmaq
istədilər, amma o davam etdi,
"Onu sevmişdim !"
İzdiham qəbiristanlığı tərk
etməyə hazırlaşarkən, yaşlı
adam getməmək üçün
müqavimət göstərirdi.
Gözlərini məzara dikib baxırdı.
Rahib yaxınlaşdı: "Özünüzü
necə hiss etdiyinizi bilirəm,
amma artiq getmək vaxtıdı.
Buradan ayrılmalı və özümüzü həyatın axışına
buraxmalıyıq ." dedi . Yaşlı adam çarəsizlik içində bir
dəfə daha "Onu nə qədər çox sevdim ."dedi "Məni
anlamırsınız ," dedi rahibə "amma mən bunu ona yalnız
bir dəfə söyləyə bildim ."
Zəng çalmadığı müddətcə zəng deyil .
Mahnı oxunulmadığı müddətcə mahnı deyil .
Sevgi könülümüzdə məhbus olsun deyə
yaradılmamışdır .
Sevgi insanlara verdiyimiz müddətcə sevgidir ...


Tarix: 19.11.2013 / 04:09 Müəllif: Akhundoff Baxılıb: 47 Bölmə: Sevgi varmı?