beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Dostluq

Müharibənin ən ağır anı idi. Bir əsgər dostunun qan
içində yerə yıxıldığını gördü. Əsgər tez komandirin
yanına gəlir və deyir:
- Komandir icazə verin gedim dostumu gətirim.
- Dəli olmusan?! Getməyə dəyməz. Dostun dəlik-deşik
olub, bəlkə də ölüb. Öz həyatını təhlükəyə atma!
Əsgər israr edirdi, sonra komandir əsəbləşərək deyir: -
Yaxşi, get. Necə olursa əsgər yaralanmiş dostunu
yıxıldığı yerdən gətirə bilir. Birlikdə qayıtsalar da dostu
ölür. Komandir əsgərə deyir:
- Sənə dəyməz demişdim.Dostun sonda öldü, öz
həyatını boş yerə təhlükəyə atdın, dəyərdi buna?
- Dəyərdi, komandir, dəyərdi. Mən onu gətirəndə o hələ
ölməmişdi.Onun son sözləri mənim üçün dünyaya
dəyərdi.
"Son sözü nə oldu?"-deyə komandir soruşur. Əsgər isə
hıcqıraraq dostunun son sözlərini təkrarladı.
- MURAD, GƏLƏCƏYİNİ BİLİRDİM....


Tarix: 19.11.2013 / 04:09 Müəllif: Akhundoff Baxılıb: 58 Bölmə: Sevgi varmı?