beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Unudulmaz Sevgi..

Bu hadisə soyuq bir qış günü olmuşdu. Təxminən saat
8:30 radələrində 80 yaşında nurani bir qoca baş
barmağındakı tikişi sökdürməyə gəlmişdi. Görünürdü ki,
o çox tələsir, o titrək səsi ilə saat 9:00-da vacib işinin
olduğunu bildirdi. Mən təəssüf hissi ilə ondan
gözləməyini xahiş etdim, çünki bütün həkimlər məşğul
idilər və onu 1 saata ancaq qəbul edə bilərdilər.
Ağsaqqal kədərli halda tez-tez saata baxırdı və bu məni
təsirləndirdi. İşim olmadığı üçün onun barmağına
baxmağı qərara aldım. Barmağını müayinə edən zaman
biz onunla bir az söhbət etdik. Mən marağımı gizlədə
bilmədim və soruşdum:
- Yəqin siz başqa bir həkimə də getməlisiniz, ona görə
belə tələsirsiniz?
- Xeyr, belə deyil. Mən saat 9-da xəstəxanada
olmalıyam. Yoldaşımın səhər yeməyini verməliyəm.
Bu zaman mən ondan yoldaşına nə olduğunu soruşdum
Yaşlı kişi cavab verdi:- Onda Alçqeymer xəstəliyi
tapıblar...
Mən saata baxıb soruşdum: -Bəs siz geciksəniz o
narahat olmaz ki?
Qocanın sözləri məni təəccübləndirdi: Yoldaşım məni
artıq 5 ildir ki, tanımır, hətta mənim onun nəyi
olduğumu da xatırlamır. O yaddaşını itirib.
- Buna baxmayaraq siz hər səhər ora gedir, ona qulluq
edirsiniz? Axı o sizi tanımır? Niyə bu qədər əziyyət
çəkirsiniz?
Qoca gülümsünərək cavab verdi: - O məni xatırlamır,
mən ki, onu xatırlayıram.
Mən göz yaşlarımı güclə saxladım, qoca gedəndən sonra
uzun müddət özümə gələ bilmədim: Bu ki, mənim daim
axtardığım sevgidir”
Hətta elə ağır xəstəliyinə baxmayaraq o qadın
xoşbəxtdir, çünki onu sevən belə insan var.
Həqiqi sevgi – nə fiziki ehtiras, nə də romantikadır. Əsl
sevgi hər şeyi olduğu kimi qəbul edə bilməkdir- necə
olub, necə var və necə də olacaq...


Tarix: 19.11.2013 / 04:09 Müəllif: Akhundoff Baxılıb: 67 Bölmə: Sevgi varmı?