beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Kim Haqlidi ?

Bir qız yeni aldığı velosipediylə məktəbə gəlir və
məktəbin bağçasındakı velosiped dayanacağında
velosipedini saxlayır. Velosipedini yeni aldığından kilid
açarı olmur. Dərslərin sonunda evə getmək üçün
velosipedinin yanına gələndə yerində olmadığı görür və
çox əsəbiləşir.
Ertəsi gün məktəbə gəldiyində velosipedini üzərində bir
qeydlə dünən saxladığı yerdə tapır. Изображение
Üzərindəki qeyddə 'Çox üzr istəyirəm, amma
velosipedinə həqiqətən ehtiyacım var idi. Götürəndən iki
saat sonra geri gətirdim, amma belə anladımki, sən
gedəndən sonra gəlmişəm. Çox təəssüf edirəm,
anlayışına görə təşəkkürlər.' Qız bu hadisə sonra birbaşa
usta yanına gedir və beş dənə kilid alaraq məktəbə
qayıdır.
Velosipedini yaxşıca kilidləyib beş fərqli açarla dərsə
girir və hadisəni yoldaşlarına danışır. Dərs bitdikdən
sonra beş kilid taxdığını izah etdiyi yoldaşlarıyla birlikdə
velosipedini götürməyə getdiyində qarşılaşdığı
mənzərədən heyrətə gəlir.
Velosipedin üzərində on dənə kilid və bir qeyd var ..
"Əgər mən təcili lazım olduğu vaxt istifadə
etməyəcəyəmsə, sən heç istifadə etmiyəcəksən...!"


Tarix: 19.11.2013 / 04:09 Müəllif: Akhundoff Baxılıb: 40 Bölmə: Sevgi varmı?