beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qacirilmiw Niwanli Qizin Hekayesi

Mən 22 yaşında cavan bir qız idim.Hər gün tezdən
durub işə gedirdim.Və hər gün yolda bir yaraşıqlı
oğlanla qarşılaşırdım.İçimdən həmişə'kaş bu oğlan
mənim qismətim olaydı'deyərdim.Mən ona heyran
idim,bir başqası isə mənə.Həmin oğlanla da hər gün
qarşılaşırdım.Və bir gün o mənim qarşımı kəsib,məni
sevdiyini söylədi.Bu oğlan mənim heç xoşuma
gəlmirdi.Və mən onu heç düşünmədən rədd etdim.O
isə buna baxmayaraq,məni həmişə sevəcəyini
söylədi.Mən isə bəyəndiyim o oğlanı düşünürdüm.Bir
gün isə o mənə yaxınlaşıb mənimlə tanış olmaq
istədiyini söylədi.Mən inana bilmirdim,mənim üçün
möcüzə baş vermişdi.O mənim qarşımda idi və mənə
sevən gözlərlə baxırdı.çox keçmədi,ailələrimiz də razılıq
verdi və biz nişanlandıq.Hər gün məni evin qarşısından
götürürdü və biz birlikdə işə gedirdik.Bir gün yenə mən
evin qarşısında onu gözləyirdim.Zəng
vururdum,telefonuna zəng çatmırdı.Birdən bir qız mənə
yaxınlaşdı və dedi:
-Xanım,məni sizin nişanlınız göndərib.O xəstəxanada
ağır vəziyyətdədir.Və sizi gözləyir.
Təbii ki,mən inanmadım.Yenə də zəng etdim və yenə də
telefonuna zəng çatmırdı.özümü itirdim.Tez qızdan
onun hansı xəstəxanada olduğunu soruşdum.O isə
maşının yaxında olduğunu və bizi ora aparacağını
dedi.Biz maşına getdik.....................
Mən gözlərimi açdım.Qarşımdakı isə nişanlım deyil,bir
vaxt məni sevdiyini etiraf edən,mənimsə düşünmədən
rədd etdiyim oğlan idi.Mən heç nə başa düşə
bilmirdim.Birdən sanki ağlım başıma gəldi.Və nişanlımın
xəstəxanada olduğu yadıma düşdü.Mənsə onun yanına
getmək istədim.O isə məni buraxmadı.Məni aldadıb
qaçırdığını söylədi....
Mənsə ona nişanlı olduğumu və nişanlımın gəlib onu
öldürəcəyini söylədim.Və həmin vaxt qapı
döyüldü.Atamgil və nişanlım içəri girdilər.Və mənim
ailəmlə oğlanın ailəsi arasında dava *qışqırıq
başladı.Mən isə qaçıb nişanlımı qucaqlayaraq məni
burdan aparmasını istədim.O isə məni itələdi.Mən onun
ayaqlarını qucaqladım və heç nə baş
vermədiyini,mənim yenə həmin insan olduğumu
söylədim.O,mənim əllərimdən yapışıb məni
qaldırdı.Əlimdən nişan üzüyümü çıxarıb öz üzüyünü isə
ovuclarıma qoydu.Və dedi:
-Mənim qadınım təmiz olmalıdır.Bu cür qadını mən
özümə arvad edə bilmərəm.Sən mənə layiq
deyilsən.Sən əxlaqsızsan.
çıxıb getdi.Mən isə məcburən həmin oğlanla
evləndim.özümü öldurməyi belə düşündüm.Amma
yoldaşım məni o qədər sevdi,o qədər əzizlədi ki,məndə
ona qarşı məhəbbət oyandı.Və biz dünyanın ən xoşbəxt
ailələrindən biri olduq.İndi iki uşağımız var.
Əvvəlki nişanlıma gəldikdə isə:o həbsdədir.çünki o,öz
arvadını öldürüb.Səbəbi: arvadı ona edilməyəcək
əxlaqsızlıqlar,deyilməyəcək yalanlar söyləyib.
O mənə əxlaqsız dedi,Allah isə onun qarşısına əxlaqsızın
əxlaqsızını çıxardı.
Əsl sevgi sevdiyini olduğu kimi qəbul etməkdir....


Tarix: 19.11.2013 / 04:09 Müəllif: Akhundoff Baxılıb: 95 Bölmə: Sevgi varmı?