beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Heyati Meslehet ( Duwundurucu Hekaye )

Hindistanın ən gözəl rəssamı idi. Ona rənglərin ustası
mənasında “Ranqa Carya” adını vermişdilər. Ranqa
incəsənət məktəbi açmış və orda sənətinin incəliklərini
öyrətməyə başlamışdı. Məktəbin bəlli bir tədris planı yox
idi. İstedad və bacarığından, sadəcə Ranqanın razı
qaldığı tələbələr məktəbin məzunu olur və sənət
dünyasına təqdim edirdi.
Həm qabiliyyətinə, həm də sənətin incəliklərini tez bir
zamanda mənimsəməsinə görə Rajyev adlı tələbə
digərlərindən fərqlənirdi. Bir azca da səbrsiz olan Rajyev
bir gün ustasından nə zaman məzun olabiləcəyini
soruşdu. Ranqa sualı eşidib gülümsədi və sözünə davam
etdi:
-Rajyev, sən mənim gələcək vəd edən tələbələrimdən
birisən. Çox qısa zamanda rəssamlıq sənətinin
incəliklərinə yiyələndin. Zənn edirəm artıq sonuncu
imtahanın zamanı gəlib. Səndən bir əsər çəkməni
istəyirəm.
Bu əsər çox gözəl olmalı və rəsmə baxan hərkəsi heyran
etməlidir. Get, tələsmə və həyatının şahəsərini ərsəyə
gətir.
Rajyev gecə-gündüz çalışır və çox gözəl bir əsər çəkərək
Rangaya təqdim edir. Ranga şəklə baxır və Rajyevə
tapşırıq verir:
-Gözəl əsər çəkmisən. İndi əsərin altına böyük və qara
hərflərlə “BU ƏSƏR ƏHALİNİN BAXIB
QİYMƏTLƏNDİRMƏSİ ÜÇÜNDÜR. XAHİŞ OLUNUR,
RƏSMDƏ SƏHV GÖRƏNLƏR SƏHVİN OLDUĞU YERƏ “X”
İŞARƏSİ QOYSUNLAR.” sözlərini yaz.
Rajyev Ranganın dediklərinə əməl edir. Əsərin altına
lazım olan sözləri yazıb şəhərin mərkəzi meydanına
qoyur. Bir neçə gün sonra Ranga Rajyevdən gedib rəsmi
gətirməsini istəyir. Rajyev böyük həyəcanla şəhər
meydanına gedir, ancaq gördüyü mənzərə onu məyus
edir.... Əsər bütünlüklə “X” işarəsi ilə dolu idi. Düşünür
ki, qabiliyyətsizliyi artıq bütün şəhər tərəfindən təsdiq
olunub...
Ranqa onlara gülümsəyib, ona ümüdsizliyə qapılmamağı
və yeni bir əsər çəkməyi məsləhət görür. Rajyev gedir,
gecə-gündüz çalışır və bu rəsmi də çox gözəl bir əsər
olaraq Ranqaya təqdim edir. Ranqa əsərə baxdıqda yenə
çox gözəl olduğunu söyləyir, lakin bu dəfə ona rəsmin
yanına boya ilə fırça qoymağı və altına “XAHİŞ OLUNUR,
RƏSMDƏ MÜƏYYƏN ETDİYİNİZ SƏHVLƏRİ AŞAĞIDAKI
LƏVAZİMATLARI İSTİFADƏ EDƏRƏK DÜZƏLDİN” sözlərini
yazmağı tapşırır.
Bir neçə gün sonra Rajyev şəhər meydanına gedərək
gördüyü mənzərə qarşısında heyrətlənir. Nə rəsim
üzərində bir işarə əlavə olunmuş, nə də yanındakı
ləvazimatlara toxunulmuşdu. Rajyev çox sevinir və
qaçaraq ustasına hər şeyi danışır. Ranqa ona qulaq
asaraq gülümsəyir və sözünə davam edir:
-Rajyev, bu gün aldığın sonuncu dərslə birlikdə, artıq
sən məktəbimizin məzunusan.Hər hansı sahədə
mükəmməllik əldə etmək istəyirsənsə, sənətinin bilicisi
olmağın kifayət etməz, insanların əllərinə fürsət
düşdükdə heç bir bilmədikləri mövzularda belə tənqidə
hər zaman hazır olduqlarını da bilməlisən. Əvvəlcə
əsərində səhvləri göstərmələri üşün insanlara şans
verdin, əsərin “X” işarələri ilə doldu. Ancaq səhvləri
düzəltmələrini tələb edərkən, kimsə dəyişikliyə cürət
temədi.
Yadda saxla ki, əgər ətrafındakıların tənqidinə
alışmazsan, hər zaman xəyal qırıqlığı yaşayarsan!
Göründüyü kimi, insanların böyük əksəriyyəti digərinin
plan və düşüncələrinə qarşı çıxır, alternativ yol təklifinə
gəldikdə isə kimsə fikir bəyan etmir. Diqqət edin, bəzi
kəslərin “maraqsızdır”, “olmaz “ dediyi məqamlarda, bu
cür olmazsa, bəs necə olacağını təklif edən varmi?


Tarix: 19.11.2013 / 04:09 Müəllif: Akhundoff Baxılıb: 72 Bölmə: Sevgi varmı?