beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Imanin Nefsi Ram Etmesi

Krant tamiri ilə məşğul olan yaraşıqlı bir gəncin başına
gələn bir hadisəni sizlərə nəql edim:
Bir gün gəncin dükanına gələn bir qadın, evində təmir
ediləcək kranlar olduğunu söyləyir. Daha sonra birlikdə
evə gedirlər. Evə gəldiklərində qadın qapını arxadan
bağlayır və cavana çirkin təklif edir.
Cavan bu çirkin təklifi qəbul etmədikdə:
"- Bax qışqıraram, mənə təcavüz etdi, deyərəm,
" formada gənci təhdid edir.
Gənc vəziyyəti belə gördükdə:
- Yaxşı qəbul edirəm, lakin mənim tualate getməliyəm,
deyərək qadının yanından ayrılır. Tualate gedərək
üzünü, əllərini, paltarlarını
murdarlayır. Tualetdən
çıxarkən onu bu vəziyyətdə
görən qadın diksinir və:
-Get, səni görmək
istəmirəm, deyərək qovur.
Cəhənnəmin dəhşətli
odunun yerinə dünyadakı
tualet çirkabına
bulaşmasına zərrə qədər də
vecinə almayan gənc, evinə
gedib yuyunub təmizlənir.
O gecə yuxusunda gördüyü
nurani bir şəxs onu təbrik
edir:
-Övladım, səni təbrik
edirəm! Mən Yusif
Peyğəmbərəm (ə.s).
Cənnətdə mənimlə qonşu
olacaqsan.


Tarix: 19.11.2013 / 04:09 Müəllif: Akhundoff Baxılıb: 51 Bölmə: Sevgi varmı?