beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Hec Bilmirem Neyin Cezasin Odeyirem

Mən heç düşünməzdim ki, bir gün gələcək və səni ömürlük itirəcəyəm...
Nəticə.. Odur ki, sən yoxsan sevgilim...
Heç bir bahalı üzük könlümü almağa yetmir, axı sən vermədikdən sonra o üzüyün yox ki, bir anlamı..

Səninlə arzularımızı, xəyallarımızı bölüşərdik ..
Sən danışardın və mənsə saatlarla dinləməyə hazır idim...Hətta hər şeyi xatırlayıram, məsələn deyərdinki, `uşaqlıqdan xəyal etmişəm ki, mən yanında olmasamda məni sevən,
mənim üçün darıxan biri olsun`..Artıq xəyalın gerçəkdi, sevgilim...Sən yoxsan..Və mən Sənin üçün darıxıram, çox darıxıram... Hətta, darıxmaq nə kəlimə? Səni geri qaytarmaq üçün canımı belə verərəm..

Mələyim həmişə gülsün deyərdin`...Sənə düzünü deyimmi, sevgilim..?
Gülüşünü xatırladıqca gözyaşlarımı saxlaya bilmirəm, əlimdən birşey gəlmir inan..
Nə xəyallar qurardıq..
Sonumuzun belə olmağını istəməzdim.. ((
Səni sevirəm... .Amma.. Sən yoxsan...
Heç bilmirəm, nəyin cəzasını ödəyirəm..


Tarix: 19.11.2013 / 04:09 Müəllif: Akhundoff Baxılıb: 86 Bölmə: Sevgi varmı?