beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bu Qədərmi ümüdsüzdü Bu Sevgi?

"Sən" dən ibarətdi hər şey...
Lazım olduğu qədər sevilməlidi sevgili və lazım olduğu qədər verilməlidi dəyər...
Eşq tapmacasının ən qısa sözcüyüdür "acı"
Ya çəkərsən sancısını
Ya da acı verərək sevgiliyə, çıxardarsan ağrısını...

Qıya bilmədim...!

Sözlər düzüldü boğazıma bir-bir...
Söyləmək istədim, söyləyə bilmədim...

Udqundum...
Uda bilmədim..

Nəfsimi məcbur edən yerdə, tam orda qaldı sənə dair söyləyəcəyim bütün sözlər...
"Ya qışqırmalıyam bütün gücümlə qulağına, ya da boğulmalıyam səssizcə"

Bu qədərmi ümüdsüzdü bu sevgi?...

Bir "əlvida" sözcüyü can verir dilimdə...
Bir çıxa bilsə ağızımdan, özümə qayıdacaq bəlkə də bütün həyatım...
Mən, o sözcüyü dilimə belə gətirə bilməzkən, ürəyim necə qəbul edə bilər?!...

"Sən" dən ibarətdi hər şey...
"Sən" dən əvvəl böyük bir boşluq...
"Sən" dən sonrası əbədi səadət...


Tarix: 19.11.2013 / 04:09 Müəllif: Akhundoff Baxılıb: 38 Bölmə: Sevgi varmı?