beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Dua Eliyirəm Allaha Həmişə Xoş Günlər Yazsın ömrün

Bir həyatı paylaşmışdıq səninlə...
Bir fəsilləri...
Bir baharları...
Bir yağışları...
Bir sevgini paylaşmışdıq səninlə...
Eyni göz yaşını...
Eyni misraları...
Eyni səhifələri...
Eyni küçələrdə gəzmişdik...
Eyni havanı udmuşduq...
Eyni güllərə toxunmuşduq...
Adını qoya bilmədiyimiz hər şeyi paylaşdıq bir birimizlə...
Biz bir sevgini paylaşmışdıq...
Asant sayırsan,sevgilim,hər şeyi bir anda silməyi?...
Bilirəm səndə ağlayırsan...
Döyüşə başlamadan itirdiyimiz sevgimizə...
Amma ağlama sevgilim...
Ürəyimdə ayaq izləri var...
Getsəndə ayaq izlərin hələ evimin hər yerində var...
Ömrümüzün ən gözəl anlarını bölüşmüşdük bir birimizlə...
Bu gün çox pisəm,sevgilim...
Xəyallar qurmuşduq sevgimizə...
Amma bu gün ayrıldıq...
Bəli,bunu qəbul elə,sevgilim,biz bu gün ayrıldıq...

Bir ayrılığı bölüşdük sevgimizdə...
Adını qoymadığımız bütün gülüşlər...
Geri gəlməmək sərti ilə getdi səninlə...
Gəl deməyəcəm!...
Bəlkədə belə yaxşıdır...
Qismətim sən deyilmişsən...
Olmadi,sevgilim!...Bacarmadiq!...Qəbul et!...
Uduzduq ikimizdə...
Ayrıldıq bu gün səninlə...
Yuxumuzun ən gözəl yerində oyandıq...
Adı sevgi deyilən oyunu bacarmadiq,biz...
Uduzduq ikimizdə...
Bir zamanlar mənim idin...
İndi isə...Bilmirəm kimin...
Hər hara gedirsən get,dualarım həmişə səninlədi...
Sən,Tanrının ən gözəl hədiyyəsi idin,mənə...
Dua eliyirəm Allaha həmişə xoş günlər yazsın ömrüvə...


Tarix: 19.11.2013 / 04:09 Müəllif: Akhundoff Baxılıb: 46 Bölmə: Sevgi varmı?