beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ayrılıqdan Qorxmaq, Ya Da Qovuşa Bilməmək

Həyatı qorxaraq yaşamaqdır ayrılıq. İlk başda təklik duyğusuna qapılır və ən sonunda qorxuyla yaşamağa başlayarsan. Və qorxuyla da davam edərsən. Əvvəl onsuz ola bilməyəcəyini hiss etməyə başlayarsan. Bu da ayrılıq qorxusunun ilk göstəricisi olar. Sonra gördüyün bütün gözəllikdə, danışdığın hər insanda, toxunduğun bütün əşyada və hətta gəzdiyin hər küçədə onu axtararsan. Qarşındakı insanın onun kimi olmasını gözləyərsən. Və ümidlərin boşa çıxınca yavaş-yavaş insanlardan soyumağa başlayarsan. "Görəsən bir xəbər gələcəkmi" ümidiylə onu düşünməkdən başqa bir şey edə bilməzsən, ya da köhnə xatirələrə dalıb zamanın sürətlə axdığının fərqinə vararsan... Və ən sonunda içini gəmirən suallarla həyatı yaşamağa çalışarsan. "O da məni tərk edəcəkmi? Görəsən aramıza yollar girəcəkmi?" - deyə ağlını qurdalayan bütün suallarla təkliyə çəkilərsən. "Həyat bizə yeni fırtınalar verəcək" - deyə ucsuz-bucaqsız dənizlərdə üzməkdən, yeni sahillərə yan almaqdan qorxmağa başlayarsan. Həzin küləyə razı və bir körpüyə bağlı olaraq yaşamağa çalışarsan. Fərqli insanları tanımaqdan, fərqli duyğuları dadmaqdan qorxarsan. Və o körpüdən sonsuz sandığın dənizə baxdıqda zamanın səndən nələri alıb apardığının fərqinə varmağa başlayarsan. Ayrılıq qorxusu da belə bir şeydir... Sənə yalnız həyatı təxirə salmağı və təkliyi öyrədər...


Tarix: 19.11.2013 / 04:09 Müəllif: Akhundoff Baxılıb: 39 Bölmə: Sevgi varmı?