beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

SEVGI..

Sevgilər vardır: yeni doğulmuş bir uşaq kimi. O
qədər təmiz və o qədər günahsız, hələ adı belə
qoyulmamış.
Sevgilər vardır, qışda filizlənən bir çiçək kimi.
O qədər zərif, o qədər həssas və qara dirənəcək
qədər də cəsur.
Sevgilər vardır: yalnız yaşanılan bir o qədər də
yaşadılan.
Izah edilmək istənildiyində həmişə nöqsan qalan.
Sevgilər vardır: heç nöqtə qoyulmayan və də nöqtə
qoyulmasını istəmədiyimiz
Bu dünyadan sonra da yaşanmağı gözləyən.
Sevgilər vardır: həmişə bənzərsiz olan, əl üstündə
tutulan, öz sevgisindən belə qısqanılan.
Sevgilər vardır: heç söylənməyən bir sirr kimi, həll
edilməyi gözləyən bir düyüm kimi ürəklərdə
saxlanılan.
Sevgidir əslində ürəklərdə ümid tumurcuqlarını
yetiştirən.Sabaha daha möhkəm bağlanma hissi
verən.
Sevilən uğrunda dəfələrlə yox olmaqdır Sevgi,
dəfələrlə sevilən xoşbəxt olsun deyə.
Sevgi sinə gərməkdir bütün çətinliklərə.
Atılan hər yalan ox qarşısında yıxılmadığını
göstərən bir dirənişdir.
Hər fürsətdə var olan sevgini sübut etmək səyidir.
Sevgi yalan danışmaqdır çox zaman: sevilənin
söylədiyi yalanlar qarşısında yalanlarıyla heç vaxt
yıxılmadığını, heç inicmədiyini söyləməkdir.
Edilən bütün insafsızlıqlara baxmayaraq sevgisinin
heç azalmadığını söyləmək, ürəyindəki bütün
inciklikləri gizlətməkdir sevgi ..
Səhvlərin fərq edilib kabus kimi gecələrinə
sığındığı anlarda acı çəkməkdir əslində Sevgi.
Bir heyfslenməkdır sevgi. Gecikmiş bir
peşmanlıqdır.
Bəzən də gecikmiş bir etiraftır bunların yanında ..
Məkanların gözlərdə böyüdüyü anlarda, saatların
tiktaklarının son ritimlərində: ürəklərdə hiss
edilən acı bir həsrətdir Sevgi, peşmanlıqların ardı-
arası kəsilməyən..
Sevgi: qazanılması çox zaman tələb edən,
sarsıldığında təkrar qazanılmayan bir güvəndir
Sevgi sevdiyini söyləməkdir hər şeyə rəğmən.
Yaradanın bağışlaması üçün Yaradılan üçün
bağışlanmadır sevgi.
İnsanın öz ürəyiylə müqaviləsidir sevgi. Bütün
mənfiliklərə qarşı çəkilən bir güvən səddidir.


Tarix: 19.11.2013 / 04:09 Müəllif: Akhundoff Baxılıb: 128 Bölmə: Sevgi varmı?