beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

ELE ISTEYIREM KI...

Elə istəyirəm yanımda kimsə olsun
Qədrimi biləcək,qeydimə qalacaq...
Mənə diqqət göstərsin
Problemli anlarımda fikrimi dağıtsın
Keyfimi açmaqçün çalışsın
Xəstələndiyimdə yanımda ola bilməsə
də,tez-tez zeng edib halımı soruşsun
Harda olsa da,tez özünü çatdırsın yanıma
Bir dərman,qaynar çay,bir də əllərimi sıx-
sıx tutduğu o isti əlləri...
Nə istədiyimi soruşsun
Məni sevindirməyçün çalışsın
Ancaq sevincimə yox,dərdimə də həmdəm
olsun
Sıxıntılı anlarımda telefonu söndürməsin...
Paylaşım içimdəkiləri onunla
Gözümün içinə baxan kimi anlasın
ürəyimdəkini
Hiss eləsin hər şeyi mən deməmiş
Anlasın ilk sözümdən məni
Duysun içimdəkiləri
Hər istədiyimi eləsin
Heç vaxt adiləşmiyim gözündə
Başımı çiyninə qoyub rahatlıyım
Ağlıyım bəlkə də başım çiynində hönkür-
hönkür
Rahatlatsın içimi bu göz yaşları
Ama yenə də tək olmadığımı bilim
Başımın altında o çiynin daim olacağını
bilim
Qucaqlasın məni bağrına basaraq
"O" olduğu müddətdə tək olmadığımı bilim
Paylaşsın O da içindəkilərini mənimlə
Beş barmağım kimi tanıyım O-nu
Səhv etməsin mənə qarşı
Məni qırmaqdan qorxsun
İncitməkdən uzaq olsun məni
Qorxsun məni itirməkdən
Daim sevsin məni
Hörmət eləsin
Diqqət göstərsin
Qeydimə qalsın...
Çox şey mi istəyirəm?! sadəcə bunları
səninlə yaşamaq və sözlərimin sahibi şəxs
sən olasan istəyirəm....K..


Tarix: 19.11.2013 / 04:09 Müəllif: Akhundoff Baxılıb: 70 Bölmə: Sevgi varmı?