beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

YaXWi Ki,SeN VaRSaN!!!!

Bəzən həyat insanı incidir. .. Əzab verir. Heç yorulmadan işləyirsən və bunların əvəzi olaraq aldığın şey böyük bir heç olur. Bax ən çox o zaman yanır insanın canı. Halbuki sənin yanındaykən həyat məni incitmir, əksinə gülümsəyir mənə. Zaman dayanır səninləykən, saniyələr keçmir, dəqiqələr ötmür. Böyük bir xoşbəxtlik bürüyür dünyanı... Sevgin ümidsizlərə belə ümid işığı olur. Sən varsan deyə günəş də gülür mənə, ay da, dünya da... Səni sevmək o qədər gözəldir ki... Yağış olub eşqini yağdırırsan üzərimə, günəş olub isidirsən içimi, dünya olub dönürsən ətrafımda... Romantik anlar davam edir.. Məni xoşbəxt edə bilmək üçün getdiyin yolda qar demədin, yağış demədin, nəfəssiz qaldın amma dayanmadın, yorğunluqdan ağlamadın. Çünki çox sevdin məni, mən də səni... Bir roman yazdın mənim üçün... Hər kəs bizim romanımızı oxuyarkən baxışlarımda itmək, dərinlərdə uzun bir səfərə dalmaq bəs etdi sənə. Bax buna görə çox sevdim səni. Buna görə sənə olan sevdim illərdir heç azalmadı, əksinə hər gün, hər dəqiqə, hər saniyə bir az daha artdı. Yalanı soxmadın həyatımıza, inciklikləri götürmədin yanımızda... Yalnız mən oldum yanında, mənim də yanımda yalnız sən oldun... Yaşatdığın bütün gözəlliklər üçün təşəkkür edirəm sənə. Yaxşı ki, varsan!!! Yaxşı ki, mənimsən!!!


Tarix: 19.11.2013 / 04:09 Müəllif: Akhundoff Baxılıb: 80 Bölmə: Sevgi varmı?