beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Heyat Qeribelewir....

Bizə qəribə bir hallar olur. Elə bir hal ki, hər kəs əlləri-qolları bağlanmış kimi, kimsə bir şey etmir, edə bilmir. Ayaqlar qandallara vurulmuş kimi bir addım da irəliləyə bilmir. Mıx kimi yerə çaxılmış kimi.
Yaşayırıq, necə yaşayırıq, fərqində deyilik. Heç bir şeydən məmnun olmuruq, heç bir şeydən məmnun olana da rast gələ bilmirik. Hər kəs şikayətçi, hər kəs üsyankar… Məmnun ola bilməzkən, kimsəni də məmnun edə bilmirik. Həmişə bir ziddiyyət, bir müəmma…
Kimi danışdırsansa bir məmnuniyyətsizlik var ifadələrində. Heç bir şey və kimsə bizi razı edə bilmir, bizi rahatlaşdıra bilmir, başımızdakı onlarla, minlərlə sualla boğuşub dayanırıq.
Ailəmizdən, uşaqlarımızdan, yoldaşlarımızdan, dostlarımızdan məmnun deyilik.
Həyatımızdan, oxuduğumuz məktəblərdən, çalışdığımız işdən, komandirimizdən, müdirimizdən, ən əhəmiyyətlisi də özümüzdən belə məmnun deyilik.
Bəlkə pessimist bir tablo çəkirəm, naxoş bir mənzərə meydana gətirirəm; amma nə edim, gerçək budur!..
Qabığımıza sığa bilmirik, hər şeyin daha da çoxunu istəyirik. Hər şeyə şübhə, qayğı və narahatlıqla yaxınlaşırıq. Nə, nə üçün və necələrlə bir-birimizi sorğulama və həzm etmə, özümüzü qəbul etdirmə səyindəyik. Nəticədə həm özümüzü, həm qarşımızdakını narahat və bədbəxt edirik. Nəticədə, stress, xərçənglər, depressiya, əsrarəngiz ölümlər, xroniki xəstəliklər, qəzalar…
Çəkim, boyum, qaşım, gözüm, işim, yoldaşım, gücüm, mövqem, kimi bir çox bəhanəylə daimi özümüzə problemlər çıxarırıq.
Yaxşı, bunları edərkən rahatlayırıqmı?
Əksinə daha narahat oluruq. Həm sinir əmsallarımızı yüksəldir, həm sağlamlığımızdan, həm ictimai əlaqələrimizdən oluruq.
Bütün bu olan bitənlərə bir də inanc əskikliyi əlavə olunarkən, hər şey bir-birinə girmiş olur.
Artıq bütün bu olan bitənlərə bir son vermək lazımdır. Kim olduğumuzu, nə üçün bu dünyaya gəldiyimizi, vəzifəmizin nələr olduğunun fərqinə varmalıyıq. Hakimi Mütləq bizə ağıl, fərasət deyilən böyük bacarıqlar bəxş etmişdir. Bunun şüurunda olaraq, nələr etmək lazım olduğunu düşünək.
Bir imtahanda olduğumuz şüuruyla yaşamaq varkən, niyə həmişə qışqırmağa, giley və üsyan etməyə, at eynəkləriylə ətrafımızda olan bitənə baxırıq ki?..
Bu qədərmi gözümüz kor olmuş vəziyyətdədir.
Hər şey bu qədər asan və boş bilinməməlidir, üsyankar olub, of-puf etməməliyik.
Rəbbimizin bizə verdiklərinə şükr etməli, şükrümüzü layiqiylə əda etməliyik.
Başqa çıxar yolumuz yoxdur.
Əks halda heyvanlardan nə fərqimiz qalar..?
Nədən, niyə heçnədən məmnun deyilsən, ey insan..!?


Tarix: 19.11.2013 / 04:09 Müəllif: Akhundoff Baxılıb: 67 Bölmə: Sevgi varmı?