beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Duwundurucu Hekaye

“Adamın biri artıq arvadının əvvəlki qədər yaxşı
eşitmədiyindən qorxurmuş və arvadının eşitmə
cihazına ehtiyacı olduğunu düşünürmüş. Ona necə
yaxınlaşması lazım olduğundan əmin deyilmiş. Bu
vəziyyəti danışmaq üçün ailə həkimini axtarmış;
həkim adamın arvadının nə qədər eşitdiyini anlaya
bilməsi üçün sadə bir üsul təklif etmiş. ‘Edəcəyin
şey bu, arvadından 40 addım irəlidə dayan, normal
bir səs tonuyla bir şey de; əgər eşitməsə 30 addım
aralıda eyni şeyi təkrarla, sonra 20 addım; cavab
alana qədər eyni şeyi təkrarla ‘ O axşam arvadı
mətbəxdə axşam yeməyini hazırlayarkən adam
həkimin dediyini etməyə başlamış. 40 addım
uzaqlıqdan arvadına normal bir danışma tonuyla
səslənmiş ‘Həyatım bu axşam yeməkdə nə var?’
Cavab yoxdur .Mətbəxə bir az yaxınlaşmış.
Məsafəni 30 addıma endirmiş və sualı təkrarladı:
‘Həyatım bu axşam yeməkdə nə var?’ Yenə cavab
yox. Mətbəxə bir az daha yaxınlaşmış, məsafə 20
addım və təkrar soruşmuş ‘Həyatım bu axşam
yeməkdə nə var?’ Hələ cavab yoxdur.
Adam mətbəxin qapısına gəlmiş, artıq məsafə
yaxşıca azalmış və sualı təkrarladı: ‘Həyatım bu
axşam yeməkdə nə var?’ Yenə cavab ala bilməmiş.
Bu səfər arvadına yaxşıca yaxınlaşmış və eyni
sualı təkrar soruşmuş ‘Həyatım bu axşam yeməkdə
nə var?’ ‘Həyatım beşinci dəfə söyləyirəm, Toyuq’
P.S— hekayədən çıxarılası nəticə: Bəlkə də
problem qarşımızdakı şəxsdə deyil. Problemin
səbəbini bir az da özümüzdə axtarmalıyıq.


Tarix: 19.11.2013 / 04:09 Müəllif: Akhundoff Baxılıb: 60 Bölmə: Sevgi varmı?