beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

DARIXiRAM SENIN UCUN...

O qədər darıxıram ki, o, qədər ehtiyacım var ki sənə.. Yanımda olsan saçlarına toxunsam öpsəm…Canım, həyatım desəm sənə… Gülümsəsən…

Darıxıram gülüşün, baxışın, yanımda yerisin,səninlə vidalaşmalar, o lənət hissləri üçün belə darıxıram…Səninlə bir şeylər danışmaq, səndən bir
seylər eşitmək üçün darıxıram….Səni dinləmək,məni dinləmən üçün darıxıram…. Yanında
yerimək, səni yanımda hiss etmək üçün darıxıram….

O qədər cox şey yaşadıq ki, səninlə. Mənə öncə özünü sonra özümü sevdirdin.. Cox şey borcluyam
sənə.. bəzən hətta qorxuram sənə olan borclarımı necə ödəyəcəyəm deyə…

Bəzən bir carəsizlik, bir ümid çökür beynimə… elə bil məndən başqası yoxdu… inan sən olmadan da
çıxmır beynimdən… Əllərindən tutmağa, səninlə danışmağa, dərdləşməyə, saçlarına toxunmağa cox ehtiyacım var…Bir anlıq deyil bir ömürlük istəkdi bu…

Sənə ilk başdan mənimsən deyərdim…səni özümdən bir
parça bilirdim… Elə parçam da qalmısan. Hec nə dəyişməyib…Ən pis vaxtlarımızda, qan ağladığım
günlərdə belə.. Günlər keçdikcə bir az daha mənim oldun və olacaksan.. Məndəki mənliyin heç vaxt azalmayacaq gündən günə çoxalacaq…Heyatım,bu belə də oldu axı,olmadımı? Hər gün
daha cox mənim olmadınmı?

Hərdən fikirləşirəm haradan haraya gəldik.. Nə sənin nə mənim düşünəcəyimiz bir tək bir “salam”
vardı aramızda… Boyudu yüksəldi və biz buralara qədər gəldik…..

Cox az qaldı sənə qovuşmağa yalnız bir neçə gün,bir necə balaca detal və yanındayam…

Məni gördüyundə gözlərimə bax onlar sənə səni nə qədər cox sevdiyimi səninçün nə qədər
darıxdığımı deyəcək…Bütün bunları mən nə yazılarım nə də sözlərimlə sənə çatdıra bilərəm….

Sadəcə gözlərim…..

Heç bir şeyə narahat olma həyatım.. Sən hər şeyin en gözəlinə layiqsən..

Bir deyim var el arasında bilirsən:"Hər kəs layiq olduğunu alır tez ya da gec"….BUNU HEÇ UNUTMA….


Tarix: 19.11.2013 / 04:09 Müəllif: Akhundoff Baxılıb: 91 Bölmə: Sevgi varmı?