beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Eyer Deyiwmedunse ,Yene...((((

Bəzi insanlar vardır səhv edərlər sonra hər şeyin əvvəlki kimi çox gözəl olmasını istəyərlər və onun üçün "mən heç dəyişmədim" cümləsinə işlədərlər ... Buna toxunan gözəl bir hekayə var düşünməyi bacaranlara ...
Köhnə zamanlarda bir-birini çox sevən iki gənc varmış ... Günlər bir-birini təqib edərkən sevgililərdə xoşbəxtliklərinə xoşbəxtlik qatırlarmiş ...
Bir gün gənc cavanın ürəyinə bir atəş düşmüş. Uşaqlığından bəri xəyalını qurduğu dünyanı gəzib dolanmaq istəyi içini gəmirməyə başlamış ... Günlər keçdikcə içindəki bu istək böyümüş və artıq dözülməz bir hal almış. Sevdiyi qıza bir məktub qoyub dünya gəzməyə çıxmış.
Təxminən iki il bütün dünyanı gəzdikdən sonra sevdiyi qızın yanına gəlmiş və ona "Artıq sənin yanından heç ayrılmayacam deyib evlənmə təklifi etmiş" . Gənc qız bu təklifi rədd etmişdi.
Cavan "Mən heç dəyişmədim!" deyə qışqırmış. "Hələ də səni çox sevirəm ..." deyə davam etmiş ...
Gənc qız bir qədər düşünmüş və belə cavab vermişdir...
"Əgər heç dəyişmədinsə ... Bir gün yenə məni atıb gedəcəksən......"


Tarix: 19.11.2013 / 04:09 Müəllif: Akhundoff Baxılıb: 28 Bölmə: Sevgi varmı?