beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bugün Anladım.. Gedəcəksən

Bu gün anladım
Gedəcəksən..
Nə bir vida,nə də bir söz deyəcəksən
Ya sonra..?

Əllərini başqa əllər tutarkən
Gözlərinə başqa bir göz baxarkən
Içinə başqa bir nəfəs cəkərkən
Başın göyə mi dəyəcək?
Məndən başqa şerlərlərlə ucaldıb
Kim mənim qədər səni belə sevəcək?
Söylə kim?
Xoşbəxt olacaqsanmı?
Illərdir yığılmış xatirələrimizi cölə mi atacaqsan?
Məni unudacaqsanmı?
Deyək elə olsun,diləyim elə olsun
Ya sonra?

Heç mi düşünməzsən məndə sevildiyin qədər sevilməyəcəyini?
Ağılına bir an olsun gəlməz mi, məni qoyub gedərkən
içimdəki sevdam ilə,əsrlik Cinarlar kimi
yıxılıb devriləcəyimi...
yollara səriləcəyimi..
Heç mi düşünmədin mi
Hər qış yağmurlarında
Hər qış ayaz gecələrində
Əllərini tutduğumda
Heç üşüməzdin
Yanardı üzün
Sən bunları yaxşı bilərsən,bilirsən deyilmi?
Indi havada qalmış,yalan olmuş hər sözün..
Ya sonra?

Tut ki,sevildin deyək
Həm də çox!
Heç ümid etmədiyin qədər
Heç gözləmədiyin qədər ölümünə sevildin
Elə sevildin ki,bu sevgini izah edəcək bir söz yox
Bu sevgini izah etməycün hərflər kifayət etməz.
Ya sonra?

Tut ki,məni də heç düşünmədin
Ağlının ucuna belə gəlmədim
Ya da gözlərinin önünə gətirmədin
Gətirmək istəmədin bəlkə də
Heç istəmədin...

Indi sən söylə,sevgi nə idi?
Eşq nə idi?
Sevmək,sevilmək nə idi?

Tut ki,mən bilmədim - sən bildin
Mən öyrənəmədim - sən öyrəndin
Tut ki,hamısını sən əzbərlədin
Ya sonra?

Yoxluğunda mən Ölmüşəm - Qalmışam
Başımı dərdlərə,bəlalara salmışam
Sevgi vermişəm,pulla hüzn almışam
Içimdə hüzn,içimdə dərd yanmışam
Atəşlərə atılmışam
Sənin vecinə olarmı?
Xətir üçün olar deyək
Ya sonra?

Bilə-bilə
Gülə-gülə
Zamansızca...
Vicdansızca...
Insafsızca...
Sevdanı bitirən
Sevdalıyam deyərək,bir sevdanı alıb aparan
Yaşanılası bir eşqi bitirən
Həqiqətən xoşbəxtliyi tapar mı?
Bunlar sənin vecinə olarmı?
Deyək elə olsun
Diləyim elə olsun..
Nə olursa olsun bilim ki belə olsun
Ya sonra?

Sonrasında
Yanmaq yox
Yandırmaq yox eşq atəşində...

Bu gün anladım
Gedəcəksən..
Bəlkə də, bu gün gedəcəksən
Ya da az sonra gedəcəksən

Ey canımın cananı
Bu gün anladım,gedəcəksən...
Həsrətindən ölməsinə ölmərəm ama.
Hec kimi də sənin qədər sevmərəm, bunu UNUTMA!


Tarix: 19.11.2013 / 04:09 Müəllif: Akhundoff Baxılıb: 90 Bölmə: Sevgi varmı?