beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Gizlənilən Xoşbəxtlik

Bir gün mələklər, xoşbəxtliyi gizlətməyə qərar verirlər. "Gizlədək, çətin tapsınlar...
Çətin tapdıqları üçün bəlkə qiymətini bilərlər" deyərək başlayırlar müzakirəyə...
Problem böyük imiş...
Xoşbəxtliyi gizlətmək asan deyilmiş çünki...
kimisi: "Everestin ən yuxarısında gizlədək" deyir, kimisi "Sakit okeanının dibinə" deyir.
Tac mahal, Məkkə küçələri, italyan süfrəsi...
Bir xəstəxananın yeni doğan otağı, bir dondurma qabı...
Siqaret paketi, gül bağçası, bağçalı evlər...
Bir çox yerlər düşünürlər, amma heç biri kifayət qədər çətin olmur.
deyərkən mələklərdən biri;
"Bəlkə öz içlərində gizlədək?" deyir...
"Heç kimin ağılına gəlməz ki, öz içinə baxmaq!!!"
Bax, o gün bu gündür, xoşbəxtlik insanın içində gizlənir...
Heç bir xoşbəxtlik asan tapılmır. Asan asan gülmür insanın üzü...
İnsanın içində gizlidir xoşbəxtlik...


Tarix: 19.11.2013 / 04:09 Müəllif: Akhundoff Baxılıb: 39 Bölmə: Sevgi varmı?