beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bir Qəribəlik Var (ixtisarla)

Bir qəribəlik var içimdə. Bir tufan kimi sakitlik. Bir vulkan kimi soyuqluq.
Qəribə buludlar var çox susqunlar içləri dolu, amma ağlamırlar, yağmır yağışlar.
İçimdə bir tüstü var kül səhralarında od olmadan. Bir qəribəlik var.
İllər var oralar da saniyələrcə, amma zamansız, vaxtı dayanmış. Bir keçmiş var yaşanmamış.
Bir şəkil var simasız, rəngli, amma çəkilməmiş.
Bir divar var kərpiclərlə hörülmüş, amma tikilməmiş, ustasi ölmüş.
Cavabsız suallar, sualsız imtahanlar içi boş yazılı kitablar. Bir çətinlik var çox asan bir də yalanlı düzgünlük.
Bir inanc bir din var üsyan dolu şükürlər var inandığıma.
Dinlədiyim bəstəsi olmayan melodi, notsuz, oxuyan lal birisindən.
Düşünülməmiş xəyallar olmayan reallıq. Bir kədər var gülümsədən bir sevinc var ağladan.
Bir qəribəlik var. Oynanılmamiş bir rol, yaşanmamış bir səhnə, uydurulmamış senari var.
Bir film var içimdə ağlı-qaralı fonda. Ulduz görməyi istəyən gündüzlər, günəşi özləyən gecələr var.
Etrafımda insan dolu tənhalıq var. Döyüşü olmayan müharibələr, qalibsiz.
Fəsili olmayan hisslər, hissiz duyqular, sözlər var heç kimə deyilməmiş.
Danışdırmadan, tanımadan kimlərəsə dediyim əlvidalar. Məni sevdi, mən sevdiyim, sevgi yoxdu,
bir dostum var, görmədiyim, toxunuş qədər yaxındı, özgəlik qədər uzaq. Adı onun tənhalıq.
Məzar da belə yol yoldaşım ən vəfalım. Mənə bir cümləsi var əmanət.
Göydəki cəhənnəmdən qorxmaq deyil həyat. Həyat yerdəki cənnətdən qorxmaqdı.
Unutma bu qəribəliyimi !


Tarix: 19.11.2013 / 04:09 Müəllif: Akhundoff Baxılıb: 80 Bölmə: Sevgi varmı?