beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

�SAĞOL� Kəlməsini Sevmədiyim Halda , Mənə �ƏLVİDA�


Su kimi axıb gedirsən əllərimin arasından, tuta bilmirəm. Əllərimdə buraxdığın istiliyi də al get.........Axsın gözlərimdən gözlərin göz yaşlarım kimi..........

�Heç nə gözəl olmayacaq bundan sonra� de. �Sən yoxsan� de. �Mən yoxam� de. �Bundan sonra heç gəlməyəcək baharların, yazların həsrəti ilə üşüyəcəksən� de.....
Köhnəlmiş bir həyatın içindən aldığın məni burax aldığın yerə.





�Mənə getməyi öyrət...............

Zənn etdim ki, çox asan olacaq. Dönüb arxamı ağır addımlarla gedəcəkdim sadəcə. Heç nə köhnəlməmiş kimi, həyat davam edir kimi tutub həyatın bir ucundan ovudacaqdım özümü, özüm özümə dediyim yalanlarımla. Bilmədim ki, daha öyrənməmişəm getməyi. İlişdi ayağım illərə, sarsıldım, yıxılıb qaldım yerdə. Bir addım belə ata bilmirəm indi. Nə gələcəyə, nə də keçmişə. Gözləyirəm eləcə.

��

�Mənə tənhalığı öyrət............

İnsanların arasında eşitmirəm heç bir səsi. Nə bir yeni sevda, nə bir dost əli çəkib çıxara bilmir məni tənhalığımdan. Bu nəhəng dünyada təkcə mən qalmışam sanki. Amma həyat hər kəs üçün davam edir, zaman axıb gedir. Gün yenə doğur bir yerdə, axşamlar olur. Şəhərin işıqları aydınlaşdırır bir-bir küçələri. Yağışlar yağır. Dərin bir nəfəs alıb içimə çəkmək istəyərkən, görürəm ki, artıq torpağın qoxusunu belə hiss etmirəm.

��

�Mənə sənsiz ağlamağı öyrət.................

Bilirsən, heç sevmədim �ƏLVİDA�ları. Neçə dəfə sənin mənə �SAĞ OL� deməyini də saymadım.
İndi tək kəlmə belə demə, susaq sadəcə.

Son dəfə �ƏLVİDA� deməyi öyrət getmədən əvvəl.


Tarix: 19.11.2013 / 04:09 Müəllif: Akhundoff Baxılıb: 47 Bölmə: Sevgi varmı?