beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ilk Sevgi

İlk sevgi ... Çoxlarına verdim bu sualı: “İlk sevgini
xatırlayırsan?”. Aldığım cavablar müxtəlif oldu.
Kimi “Əşi, nəbilim, yox sən də”, bəzisi “Nəbilim,
bağçada olub yəqin” dedi. Ən yaxşı halda “Hə,
birinci sinifdə parta yoldaşım idi :) “ - deyə cavab
aldım. Ən təsir edən cavab nə oldu bilirsinizmi?
“Yox, xatırlamıram” dedi bəziləri. Həm də bunda
heçnə yox imiş kimi. Bəziləriniz məni bu
həssaslığa görə qınaya bilərsiniz, amma ...
Dövrümüzdə sevginin ucuzlaşdığını bilirdim. Nə
qədər xoş hal olmasa da hamımız elə içi mən
qarışıq bunu qəbul etmişik. Amma ilk sevgi? O da
dəyərini itirdi? Axı, o, tamam fərqlidir...
İlk sevgi... Bir gün ürəyin tam fərqli bir hislə
döyünməyə başlayır. Bu hiss səni başqalaşdırır,
dəyişir. Məsum həyacanlar, üzdəki təbəssüm, fikrə
dalmalar, özünə, geyiminə, görkəminə hər
zamankından fərqli yanaşmalar... İlk öncə nə
olduğunu anlamırsan. Ürəyin belə çaşqınlıq içində
olur ilk anlar. Axı, ilk dəfə yaşayır bu hissi –
sevgini, İLK SEVGİni. Sonra, bir müddət sonra dərk
edirsən, bu içindəki qəribə hiss indiyə qədər
haqqında çox eşitdiyin, lakin heç yaşamadığın
sevgidir – İLK SEVGİdir. Gözlərində sevinc
qığılcımları yaranır. “Gözlərinin içi gülür” ifadəsini
bütün mahiyyəti ilə başa düşürsən. Sözsüz ki, əgər
sevgin qarşılıqlıdırsa. Yox, əgər, ilk dəfədən oxun
daşa dəydisə...
Bəzən bir ömür boyu sürməz ilk sevgi, amma bir
ömür boyu yaşayar. İllər sonra bir başqasını sevə
bilərsən. Amma o ilk dəfəki həyacanı yaşaya
bilməyəcəksən. Daha adi, daha bəsit gələcək sənə
hər şey. Gözlərində o qığılcımlar yenə olacaq, daha
fərqli, amma daha gözəl deyil. Sevəcəksən yenə,
amma ilk dəfəki tək deyil. Bəlkə daha çox, amma
ilk dəfəki tək məsumluqla deyil.
Qəlbinin bir küncü daim ona aid olacaq – ilk
sevdiyinə.
Ürəyinin bir hissəsi onun üçün döyünəcək – ilk
sevgi ilə, sən bu həsrəti duymasan belə....bu meqaleye bawqa saytda rast geldim.qelbimin sari simine toxundu sanki..menbe mix.az
Bəs, sizlər necə, İLK SEVGİNİZİ
XATIRLAYIRSINIZMI?.......


Tarix: 19.11.2013 / 04:09 Müəllif: Akhundoff Baxılıb: 93 Bölmə: Sevgi varmı?