beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sedef Ciceyi...*

Məhkəmədə səksən yaşlarında yaşlı cütlüyün
vəziyyəti ürək ağrıdırdı.
Adam inadcıl baxışlarla, susqun nənənin
ağlamaqdan çuxurlaşmış gözlərini və bezgin
baxışlarını süzürdü. Hakim səsiylə, yaşlı qadına:
"İzah et xala, niyə boşanmaq istəyirsən?
"Yaşlı qadın, dərin bir nəfəs aldıqdan sonra
yaylıqla ağızını aralayıb, qısılmış səsiylə danışmağa
başladı: "Bu insan 50 ildir bezdirdi həyatdan."
Sonra uzun bir səssizlik hakim oldu, məhkəmə
salonunda.
Səssizlik, bu cür xəbərləri hər gün başlıq edən
jurnalistlərdən birinin flaşıyla pozuldu. Kim bilər
necə bir başlıq atacaqdılar, yaşanmıs 50 ildən
sonra? Çox sayda jurnalist izləyirdi iddianı. Qadın
nələr deyəcəkdi? Hər kəs, onu dinləyirdi.
Yaşlı qadının gözləri doldu və davam etdi: Bizim bir
sədəf çiçəyi vardı, çox sevdiyim. O bilməz. 50 il
əvvəl idi. O çiçəyi mənə verdiyi çiçəklər arasından
qopardığım bir yarpağı tohumlamıştım, elə
böyütdüm.
Balamız olmadı onları balam bildim. Bir müddət
sonra çiçək qurumağa başladı.
O zaman əhd həsr etdim. Hər gecə günəş
doğulmamışdan əvvəl, bir qab suyla sulayacağam
onu. 50 il oldu, bu insan bir gecə qalxıb bir dəfə də
bu çiçəyi mən sulayım demədi.
Taa ki keçən gecəyə qədər. O gecə taqətim
kəsilmiş yatıb qalmışdım. Mən, belə bir adamla 50
il keçirdim.
Həyatımı, ümidimi, hər şeyimi verdim. Ondan heç
bir şey görmədim.
Bir dəfə olsun, mənim bildiyim vəzifələrdən birini
etməsini gözlədim. Onsuz daha yaxşıyam, and
içərəm
Hakim yaşlı adama dönərək:
"Deyəcəyin bir şey varmı, bəy?" dedi.
Yaşlı adam çəliklə çətin getdiyi kürsüyə, o ana
qədər günahlandırılmağın utancaqlığını hiss
etdirən üz ifadəsiylə, hakimə yönəldi.
Danışdı: "Əsgərliyimi Reisicumhur köşkündə
bağban olaraq etdim. O bağçanın, görkəmli
görünüşüylə böyüməsi üçün əməklərimi verdim.
Fadiməmi də orada tanıdım. Sədəfləri də. Ona ən
gözəl çiçəklərdən buketlər verdim. İlk evləndiyimiz
günlərin birində, boyun ağrısı səbəbiylə, onu
həkimə apardım, həkim çox uzun müddət
oyanmadan yatsa, boyundakı əhəng sərtləşər,
pisləşər dedi.
Hər gecə yuxusunu bölüb oyansın, gəzişsin dedi.
Həkimi çox dinləmədi bizim xanım.
Sözüm keçmədi.
O günlərdə, təsadüf, bu çiçək qurumağa üz tutdu.
Mən ona: " Gecə çiçək sulasan, keçər ", dedim. Əhd
dilətdim...
Hər gecə onu oyandırdım və onu seyr etdim. O
sevdiyim qadını, balası bildiyi çiçəkləri sularkən
seyr etdim. Hər gecə, o çiçək mən oldum sanki..."
dedi adam
O yaşdakı bir adamdan gözlənilməyəcək
ifadələrlə...
"Hər gecə, o yatdıqdan sonra oyandım. Saxsıdakı
suyu boşaltdım. Sədəf, gecə sulanmağı sevməz,
hakim bəy. .. Keçən gecə də. Yaşlılıq. Mən də oyana
bilmədim. Oyandıra bilmədim... Çiçək susuz
qalardı, amma qadınımın boyu yenə xəstəlikdən
lap pis ola bilərdi...
günahlandırıldım. Səsimi çıxarda bilmədim."
O anda jurnalistlər daxil, məhkəmə salonundakı
hər kəs ağlayırdı...


Tarix: 19.11.2013 / 04:09 Müəllif: Akhundoff Baxılıb: 88 Bölmə: Sevgi varmı?