beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Esl Sevgi *

Gənc idilər, çox gənc… Bir-birləri
ilə danışacaq cəsarəti tapmaları
vaxt aldı, amma nəhayət
bacardılar.eslində heç biri hər
səhər avtobusa mindikləri tərəfdə
yaşamırdılar. Oğlan dostugildə
qaldığı üçün həmin dayanacaqdan
minmişdi, qız ısə isə bacısı gildə.
Sırf bir-birlərini görə bilmək üçün
hər səhər tezdən evlərindən çıxıb
şəhərin taaa o başından həmin
dayanacağa gəldiklərini gülə-gülə
bir-birlərinə etiraf etdilər bir
gün…Universiteti bitirən kimi
evləndilər. Xoşbəxt idilər, çox
xoşbəxt. Bəzən işsiz, bəzən pulsuz
qaldılar. Amma qəlbləri bir-birinə
elə bağlı idi ki, heç bir şey
gözlərinə görünmürdü. Ayın
sonuna güclə çatdıqları
zamanlarda da, məşhur bir həkim
və məşhur bir memar olduqları
zamanlarda da həmişə xoşbəxt
idilər.Zamanın aşınmasına
uğrayan, alışqanlıqlara çevrilən
sevgilərdən deyildi onlarınkı…
Günlər günləri, illər illəri
qovaladıqca sevgiləri də böyüdü,
böyüdü… Tək çatışmazlıqları
övladlarının olmaması idi.Çətin
bir müalicə kursu keçmələrinə
baxmayaraq övlad sahibi
olmadıqlarında,“bütün
xoşbəxtliklərin bizim olmağını
gözləmək naşükürlük olar”—
deyərək davam etdilər həyatlarına.
Övlad yerinə sevgilərini
böyütdülər...“Sənin üçün ölümə
gedərəm deyərdi Sevda ona
sarılaraq“yox, mən sənin üçün
ölərəm”deyə cavab verərdi Aqşin.'
Bəzən evə gələndə aynanın üzərində
bir qeyd görərdi Sevda, “Əzizim,
kitabxananın ikinci rəfinə bax...”.
Kitabxananın ikinci rəfində başqa
bir qeyd olardı, “Mətbəxdəki
stolun üzərinə bax və səni çox
sevdiyimi heç zaman unutma”.
Mətbəxdəki stoldan yataq
otağındakı şkafa qədər sevgi dolu
qeydləri oxuya-oxuya gələn qadın,
ən sonunda ya bir dəstə gül, ya
çox sevdiyi şokoladlar, ya da
bahalı hədiyyələrlə qarşılaşardı.
Aldığı hədiyyənin nə olması heç də
əsas deyildi... Həyat nə qədər
sürətlə axırsa axsın, işləri nə qədər
gərgin olursa olsun hər zaman bir-
birlərinə ayıracaq zaman
tapırdılar. Buna baxmayaraq 40
yaşlarına gəldikdə daha az
işləməyə qərar verdilər. Aqşin
xəstəxanadan ayrıldı və şəxsi
müayinə otağında xəstə qəbul
etməyə başladı. Sevda isə ofisini
bağladı və sadəcə xüsusi layihələrlə
işləməyə başladı.Artıq daha çox
bir yerdə ola bilirdilər. Bir gün
sahildə dolaşarkən xaraba ev
gördü Sevda, üzərində “SATILIR”
elanına baxaraq “”nə deyirsən, bu
evi alaq?” dedi Aqşinə. “Bu
xarabanı söküb, üzrəində çox
gözəl bir ev tikərik. Layihəni artıq
beynimdə çəkdim. Çox böyük bir
eyvanı olan, qağayıları səhər
yeməyinə dəvət edə biləcəyimiz bir
dəniz evi...”“Sən istədiyinə mən heç
“yox” deyə bilərəm?” – deyə cavab
verdi Aqşin. “Amerikadakı tibb
konqresindən dönən kimi əmlak
məsələlərin ilə mağşul olan adama
zəng edərəm. Neçəyə olursa olsun,
bu ev bizimdir artıq...”Sadəcə 1
həftə ayrı qalacaqlarını bilsələrdə,
ayrılmaları çox çətin oldu. Hər
gün, hər saat danışdılar telefonda.
Göz yaşları içində qucaqlaşdılar
aeroportda.Ancaq bir neçə gün
sonra həyat yoldaşında bir
qəribəlik olduğunu hiss etdi Sevda.
Əvvəlki kimi xoşbəxt görünmür,
danışmaqdan qaçırdı. Onun kefini
açmaq üçün sahildəki evi yadına
saldı və çəkdiyi layihəni verdi ona,
amma heç gözləmədiyi bir cavab
aldı: “Canım, o ev bizim büdcəmizə
uyğun deyil. Ən yaxşısı onu
unut...”Xoşbəxtliyin dadına
öyrəşmiş insanlara bu kimi hallar
daha da çətin gəlir. Sevdaya heç xoş gəlmədi
gözlənilməyən cavab. Dərdini
deməsi üçün yalvardı Aqşinə,
“sənin üçün ölərəm, bilirsən, xahiş
edirəm danış” – deyə dil tökdü boş
yerə… İllərdi sevdiyi adam
duyğusuz, sevgisiz biri ilə yer
dəyişmişdi sanki. Ona
yaxınlaşmağa çalışdıqca, beton
divarlara çırpılırdı elə bil. Hər
çırpılanda daha çox qanayırdı
ürəyi...Bir gün uşaqlığının,
gəncliyinin və bütün həyatının
birliktə keçdiyi rəfiqəsi ilə
dərdləşərkən, “artıq dözə bilmirəm,
sənə deməliyəm bunu” — deyə
sözünü kəsdi rəfiqəsi. “O, səni
aldadır. İş yerimin düz
qarşısındakı restoranda gənc bir
xanımla hər gün nahar edir. Sonra
da bir-birlərinə sarılıb maşına
minirlər...”“Sus! Sus! Eşitmək
istəmirəm bu yalanları” – deyə
bağırdı Sevda. Neçə illik rəfiqəsini
onun xoşbəxtliyini qısqanmaqla
günahlandırdı...Ertəsi gün nahar
vaxtı o restoranın qarşısında bir
küncə sıxıldı səssizcə və pəri
nağıllarının sadəcə nağıl olduğunu
başa düşdü… Həyat yoldaşının
əvvəllər eyni xəstəxanada işlədiyi
gənc tibb bacısını tanıdı o saat.
Bəzən evlərinə qonaq gələn qadına
necə sarıldığını gördü
Aqşinin...Axam həyat yoldaşı evə
gələr-gəlməz bəzən bağıraraq,
bəzən ağlayaraq, bəzən ona
möhkəm-möhkəm sarılaraq, bəzən
də yumruqlayaraq söylədi üzünə
hər şeyi. İnkar etmədi Aqşin.
Zamanla hisslərin dəyişə bildiyini,
insanların orta yaşa çatdıqda
fərqlilik axtardığı kimi bir neçə
bəhanə sadaladı və çemodanını
götürün çıxdı evdən. Qapıdan
çıxarkən “son bir dəfə qucaqlamaq
istəyirəm səni” – dedi, amma Sevda
“rədd ol” – dedi nifrətlə... İlk andaca boşandılar… Leyli və
Məcnunun belə həsəd apara
biləcəyi müasir bir eşq
macərasının belə sonlanmasına
heç kim inana bilmirdi.
Dostlarının dəstəyi ilə ayaqda
durmağa çalışdı qadın. Aqşinin
sevgilisi ilə birgə Amerikada
yaşadığını öyrəndi. Bəzən tək
qaldığında onu hələ də sevdiyini
hiss edincə, ağlamaq krizisi
keçirir, sevgisinin yerini ən az
onun qədər nifrətin əvəz etməsi
üçün dua edirdi.Aradan bir il
keçdi… Hər şeyin dərmanı olduğu
söylədiyimiz zaman belə Sevdanın
dərdinə əlac olmamışdı. Bir səhər
dayanmadan çalınan qapı zənginə
oyandığında, qarşısında o qadını
gördü. “Sən buraya nə üzlə
gəlmisən?” – deyə bağırmaq istədi,
amma səsi çıxmadı. “Xahiş edirəm,
içəri girməyimə icazə ver, mütləq
danışmalıyıq” – dedi gənc qız.
Divanda oturdu və çətinliklə
eşidiləcək bir səslə danışmağa
başladı:“Hər şey göründüyü kimi
deyil əslində. Çox ağrılıdır, amma
Aqşin 1 saat əvvəl öldü. Keçən il
Amerikadakı konqresə getdiyi
zaman öyrəndi xəstəliyini və
təxminən 1 il ömrü qaldığını. Buna
sənin dözə bilməyəcəyini, hər
zaman dediyin kimi onunla
birlikdə ölmək istəyəcəyini bilirdi.
Səni özündən uzaqlaşdırmaq üçün
məndən sevgilisi rolunu
oynamağımı istədi. Ailəsinə də
xəbər vermədi. Bir yerdə
Amerikada yaşadığımız yalanını
yaydı. Amma özü ilk
qarşılaşdığınız avtobus
dayanacağının qarşısında bir ev
tutmuşdu. Müalicə alır və
sağalacağına inanırdı. Amma
olmadı. Gecə halı pisləşib, baxıcı mənə
zəng etdi, son anda çata bildim.
Sənə bu qutunu verməyimi
istədi...”Gözlərindən axan yaşları
dayandıra bilməyəcəyini bilirdi
Sevda. Elə burdaca ölmək istəyirdi.
Əlindəki qutunu açdı, xüsusi
diqqətlə bükülmüş xeyli sayda
kağız var idi içində. İlk kağız
parçasında “xahiş edirəm, bu
kağızları sıra ilə oxu, sevgilim” –
yazılmışdı… Sıra ilə oxudu; “Sən
çox sevdim”, “Səni sevməkdən heç
zaman usanmadım”, “Sənin üçün
ölərəm deyirdin hər zaman, doğru
söylədiyini bilirdim”, “Ancaq
mənim üçün ölməyini istəmədim”,
“İndi mənə söz verməyini
istəyirəm”, “Mənim üçün
yaşayacaqsan, oldumu?”.Son
kağızı götürəndə qutuda bir açar
olduğunu gördü Sevda… və son
kağızda bu yazılmışdı:“Sahildəki
evimizi sənin çəkdiyin layihə üzrə
tikdirdim. Böyük eyvanda
qağayılarla səhər yeməyi yeyərkən
hər zaman səni izləyəcəyəm...”


Tarix: 19.11.2013 / 04:09 Müəllif: Akhundoff Baxılıb: 298 Bölmə: Sevgi varmı?