beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sevmek - Seni Sevirem Demek Deyildir ...

Qız:
- Mən səninlə azad deyiləm,amma əsil məhəbbət azad
olmalıdır.
Oğlan dərindən nəfəs alaraq dedi:
- O ipi mənə ver. İpi götürür, bir ucunu öz ayağına,
digər ucunu qızın ayağına bağlayır-gəl kiçik bir oyun
oynayaq!
- Oynayaq!
- Bax bu kiçik ip bizim sevgimizdir, təsəvvür elə ki, mən
sənə azadlıq verirəm, get.
Qız 1-2 metr gedir, ip qurtarır.
- Mən gedə bilmirəm, sənin sevgin mənə mane olur.
- Bizim sevgimiz!-oğlan sakitcə dedi-sən bir də cəhd elə.
Qız ayağını çəkdikcə ip ayağını kəsir.
- Məni incidir, ağrıdır axı.
Oğlan pambıq götürür,qızın ayağına əvvəl pambığı
dolayır, sonra yenidən iplə sarıyır.
- İndi get.
Qız indi daha möhkəm çəkir ipi, oğlanın sifəti ağrıdan
qırışır.
- İndi məni incitmir, amma yenə səndən uzaqlaşa
bilmirəm, ip mane olur.
- Onda qalx axşam yeməyi hazırla.
Qız yemək hazırlamağa başlayır, ip ona sərbəst hərəkət
etməyə imkan vermir.
- Yenə mənə mane olur.
- Onda gəl birlikdə hazırlayaq! -yaxınlaşır, qızın üzündən
öpür, -birlikdə.
Onlar birlikdə yemək hazırlayır, stolun ətrafında
oturanda oğlan soruşur:
- Sən unutmamısan? Biz hələ də bir-birimizə bağlıyıq.
- Oy, tamam unutmuşam.
Oğlan ipi açır və soruşur:
- Sən nəsə başa düşdün?
- Nəyi başa düşməliydim ki?
- Sən mənim canımsan!-oğlan dərindən nəfəs alır.
Yalnız gecənin sakitliyində oğlan öz-özünə danışırmış
kimi deyir:
- Sən başa düşməliydin ki, həm çətin günündə, həm də
xoş günündə məni tərk etmək istəsən hiss edəcəksən ki
nəsə sənə mane olur. Sənə sevgimiz mane olacaq.
Amma nə qədər ki birlikdəyik sən bu maneəni hiss
etməyəcəksən.
- Bəs niyə sən bizim ayaqlarımızı bağladın?
- Çünki real həyatda bizim ürəklərimiz bir-birinə
bağlıdır.
- Bəs niyə mənim ayağıma pambıq bağladın, öz ayağına
yox?
- Pambıqsız sən ağrını hiss edirdin. Pambıq sənin
kobudlaşmış duyğularındı. Amma bu o demək deyil ki,
əgər sən ağrı hiss etmirsənsə mənə də ağrılı deyil. Sən
unutmamısan ki bizim ayağımız yox, ürəklərimiz
bağlıdır?
Qız susdu, fikrə getdi.
Oğlan isə hələ ürəyində davam eləyəcək ki, bunun çox
asan çıxış yolu var-qayçı və ya bıçaq. Amma o bunu heç
vaxt qıza deməyəcək, çünki onu itirmək istəmir,çünki
ona görə bütün ağrı-acılara dözməyə hazırdır,çünki
onun həmişə yanında olmağını arzulayır.
ÇÜNKİ ONU SEVİR.
Sevmək Səni Sevirəm Demək Deyildir!
Bəs siz ona sevgini ve onu sevdiyinizi necə başa
salardınız?


Tarix: 19.11.2013 / 04:09 Müəllif: Akhundoff Baxılıb: 102 Bölmə: Sevgi varmı?