beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ilk MeHeBBeT*

Bir birlərini çox sevirdilər. Heç vaxt ölümü, ayrıliği
ağıllarina gətirməzdılər. Heç vaxt bir birlərini darixmağa
qoymazdılar. Hər gün bitəcək kimi bir birlərinə daha da
qüvvətli bağlanırdılar, Hər gün bir birlərini ilk günki kimi
həyacanla qarşılayardılar. Eləcə də həyata inandılar,
eləcə də özlərini aldatdılar. Bir gün oğlan dünyalar
qədər sevdiyi sevgilisini görüş yerinə cağırır. Hər dəfəki
kimi yenə də sevgilisi sevinə-sevinə görüş yerinə
tələsirdi, çünki canından çox sevdiyi sevgilisi ilə
görüşəcəydi. Sanki neçə illərdi gormədiyi sevgilisi ilə
görüşəcəydi. Amma ki həmin sevgilisi ilə dünən
görüşmüşdü. Çox darıxırdı. Görüş vaxti gəlib catdı. Artiq
oğlan həmişəki yerdən hər gələn kölgəyə boylanıb
sevgilisi sanırdı. Artıq qız da çatmışdı görüş yerinə. Gəldi
qucaqlaşıb hərsətlərini söndürdülər. Salamlaşıb həmişəki
yol ilə üz aldılar. Oğlanin kefi yox idi. Qız hiss eləyirdi ki,
onun nə isə problemi var.
Soruşur: -Həyatım nə olub sənə?
Cavabinda:Nə olacaq həyatiım heç nə həmişəki
həyəcandı nə olmalıdı ki? Amma ki qız hardan bileydi ki
bu gün canından çox sevdiyi insanla son görüşə gəlibdi.
Oğlan cürət edib ona deyə bilmirdi ki artıq anası ona
başqa bir qız bəyənib və gələn həftənin bu günu onun
nisşnıdı. Qız bunlardan bixəbər yoluna davam edirdi.
Birdən qız dayandı.
Dedi: -Həyatım sənə bir söz demək istəyirəm.
Oğlan: -Buyur Həyatım.
Qız: -Istəyirəmki sabah səninlə dəniz sahilinə gedək.
Dənizi seyr edək.
Oğlan üzgün halda: Gedərik Həyatim
Amma ki imkansiz idi. Çünki sabah o gələcək nişanlısı ilə
görüşə cixacaq idi, anasi belə istəmişdi. Oğlan bir gül
dükanının qabağında dayandı. Bir dəqiqə gözdə gəlirəm
həyatım dedi və gətdi. 10 dəqiqədən sonra qayıtdı.
Arxasında gizlətdiyi sari gülü dünyalar qədər sevdiyi qıza
uzatdı. Qız sarı gülü görüb tutuldu bir anlıq. Yenə
həmişəki kimi zarafat elədiyini fikirləşdi. Gülə -gülə gülü
oğlandan aldı. Heçnə demədi. Çünki artıq onu bir
zarafat kimi qəbul etmişdi o. Oğlan isə bır kəlimə
danışmadan yoluna davam edirdi. Bir söz deyə bilmirdi,
çünki utanırdı bilmirdi ne desin qıza. Bir 50, 100 metr
getmişdilər ki, birdən qız dayandı. Oğlan başın aşağı
salmışdı bir söz demək istəyirdi amma bacarmırdı.
Çünki güruru buna imkan vermirdi.
Qız: -Başını qaldır Həyatım nə olub sənə. Oğlan isə
istəmirdi ki, qız onu ilk dəfə olaraq gözləri yaşlı görsün.
Çünki oğlan ağlayırdı. Gözündən axan yaşları ürəyinə
enirdi sanki. Qız onun gözlərinin yaşlı olduğunu gördü
sanki dünyadan əlini üzmüş bir insana çevrildi bir anda.
Əlləri sürüşüb düşdü oğlanın çiyinlərindən. Dizləri
tutmadı ki qaçsın o cəhənnəmdən. Qaça bilmədi.
Nədən? Nə üçün? Kim girdi aramiza deyərək ağlamağa
başladı qız. Oğlan isə onu qucaqlayıb bir yerdə ağlamaq
istədi amma ki əlləri tutmadı. Çünki onu artıq
qucaqlamağa utanırdı. Qız isə dünyadan küskün kimi
gözlərindən yaşlar süzülə -süzülə donmuşdu ayaq üstə.
Birdən əlindəki Sarı gülə sataşdı gözləri onu bir anda
gotürüb qırıq -qırıq etdi. Aradan 30 dəqiqə keçmişdi
artiq sakitləşmişdilər. Oğlan hadisənin necə oldugünü
danışırdı qıza. Anasının sözündən çıxa bilməyəcəyini
soyləyirdi acıqlı acıqlı. Qız isə həmişəki kimi onu yenə
də başa düşməyə məcbur idi. Bir -birlərini hələ də
dəlilər kimi sevirdilər. Ayrılmaq istəmirdilər, amma nə
edəydilər məcbur idilər buna. Oğlan isə hələ də
düşünürdü -iki seçim qarşısinda qalmışdı. Sevgilisi yoxsa
Anası. Bir tərəfdə onu dünyaya gətirən anası bir tərəfdə
də onu tanıyıb yenidən doğulmuş kimi olan sevgilisi. Bir
qərar verə bilmirdi. Axı bu qızı tək buraxıb gedə
bilməzdi, çünki onu çox sevirdi.Qız da onu çox sevirdi.
Amma artiq əllərindən bir şey gəlmirdi, Ayrılmalı
idilər.......
8 il sonra....
Qız həyat yoldaşı ilə parka çıxmışdı, gəzirdilər, amma qız
bu 8 il ərzində bir saniyə belə olsun keçmiş sevgilisini
ağlından ata bilmirdi. Hələ də onu ilk gün ki kimi sevirdi.
Oğlanda onun kimi. Həyat yoldaşını heç cürə sevə
bilmirdi. Çünki onu ürəyinə bir ad yazılmışdı o yazını
sanki Allahdan başqa heç bir şey silə bilməzdi. Hər gün
onu fikirləşməkdən başqa əlindən bir şey gəlməzdi.
Həmin gün təsadüfən oğlan da həyat yoldaşı ilə parka
gəzməyə çıxmışdılar. Qız həyat yoldaşı ilə bir yerdə
oturub söhbət edirdilər. Birdən bir oğlan həmin qızın
adını çağırdı. Qız tutulub qaldı görəsən məni çağıran
kimdi deyə fikirləşdi. Arxaya eçvirdi üzünü düz onun
yanında bir qız uşağı var idi. Sən demə onu çağırırmış.
Qız uşagı yanına çağırıb ona əlində olan güldən birini
uzatdı uşaqda aldı. Ata deyərək atasının qucağına qaçdı.
Oğlan onu tanıdı. Bu o idi. Onun bir vaxtlar dünyalar
qədər sevdiyi qız. Qız da onu tanıdı. Bir -birlərinə həsrət
dolu baxışlarla haradasa 2 dəqiqə baxdılar. Oğlan onun
adını qızına qoymuşdu. Hər qızını çağıranda o yadına
düşürdü. Qız onu görüb çox keçmişlərə getdi xəyalları.
Bir vaxtlar canından çox sevdiyi insan artıq başqa bir qız
ilə gəzirdi bir vaxtlar onunla gəzdiyi yerlərdə. Çox pis
oldular ikisi də. 8 il aradan sonra iki göz yenə də üz -üzə
gəlmişdi. Oğlan bir anda onu qaçıb qucaqlamaq
istəyirdi, amma bacarmazdı axı. Çünki o evli idi. Oğlan
qızını çağırdı yanına. Qız isə atan səni çağırır get qızım
dedi. O gediş son gediş oldu. Onlar birdə heç vaxt üz -
üzə gəlməyəcəkdilər heç vaxt. Bir gün qızın telefonu
zəng çalır bu qızın həyat yoldaşının ən yaxin dostu idi.
Ona həyat yoldaşının avtomobil qəzasi keçirdiyini
bildirdi. Indi qız bu xəbərə sevinsinmi, pis olsunmu bir
qərar verə bilmirdi. Heç uşaqları da olmamışdı bu 6 il
ərzində. Qız yenə də tək qaldı bu dünyada. Onu iki dəfə
tək qoydular bu dünyada. Artıq bütün ümidləri
qırılmışdı. Bilmirdi nə etsin. Bu yalancı dünyaya nə
desin? Günah bu dunyaya gələndədi deyərdi həmişə...
Yenə bu yalancı dünya aldatdı onu. Həyatdan küskün bir
şəkildə keçirdi günləri. Hər gün ömürdən gedirdi....
Sən taleyin işinə bax. Həmin günu parkdan oğlan həyat
yoldaşını metro ilə yola saldı. Özu ilk dəfə ilk məhəbbəti
ilə görüşdüyü yerə getdi xatirələri yadına salsın deyə. İlk
məhəbbəti ilə o qədər xatirəsi var idi ki düşünməklə
bitmirdi. Axşam oldu. Oğlan evə gəldi. Qapını döydü,
açan olmadı. Öz açarı ilə qapını açıb içəri girdi. Evdə heç
kim yox idi. Fikirləşdi ki, yəqin həyat yoldaşı qızını da
götürüb anasıgilə gedib yəqin ki. Heç fikir eləmədən
getdi televizora baxmağa. Vaxt isə heç nəyə baxmırdı,
gedirdi. 1 saat, 2 saat oğlanın həyat yoldaşı gəlmədi.
Oğlan telefonu götürüb qızın anasıgilə zəng elədi.
Telefona qaynatası cavab verdi.
Oğlan:-Qızımgil sizə gəlib?.
Qaynatası nə danışırsan oğlum yox bizə gəlməyiblər
deyəndə oğlan tutuldu. Çox qorxmuşdu. Qonşudan evə
gələn olubmu soruşdu YOX cavabını aldı və evə gəldi.
Televizorda xəbərlər verlişındə bu gün Metro qəzası
olub xəbərini eşidəndə oğlan qızım deyə qışqıraraq bir
anlıq özundən getdi. Bəli çünki həmin metro qəzasında
onun həyat yoldaşı və qızı da var imiş. Oğlan bu
həyatda yenə də tək qaldı. Onu yenə də tək qoydular bu
Yalancı dünyada.....
Aradan 17 il keçib ama mən hələ də ilk sevgimi
ürəyimdə ilk gün ki kimi saxlayıram. Bəlkə bir gün üz -
üzə gələrəm deyə ümid edirəm. Mən buna inanıram.
Çünki o söz vermişdi mənə səni bu dünyadan özum
yola salacam deyə. İnanıramki o sözünün üstündə
duracaq. Və bir gün gələcək o mənə gələcək. Mən onu
gözləyirəm bu yalnız dünyamda. Bu yalnız dünyamda
bir gün mənə dost olacaq biri gələcək o da mənim ilk
məhəbbətim olacaq...Bir dəfə də ona qovuşsam ondan
heç vaxt ayrılmayacam. Hər gün dua edirəm ona
qovuşum deyə. Bəlkə də o da məni gözləyir bəlkə də o
da ilk məhəbbətini gözləyir. Bir vaxtlar sinifdə uşaqlar ilk
məhəbbət unudulmur deyəndə qəh-qəhə ilə gülərdim.
Amma artıq ilk məhəbbət kəlməsi gələndə gözlərimdən
damla-damla yaşlar süzülür.


Tarix: 19.11.2013 / 04:09 Müəllif: Akhundoff Baxılıb: 184 Bölmə: Sevgi varmı?