beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Mənim Nağılımın Sonu Bədbəxtlikdir

Yavaş-yavaş təkliyə öyrəşirəm yəqin... Amma sənsizliyi soruşsan…

İndi hər mahnıda, hər yazıda ağlayıram...

Bəsdi artıq deyə üsyan edirəm...

BƏSDİ ARTIQ !

Çox, çox, çox... Bunlar mənim üçün coxdu artıq!...

Allahım... Bu acını bu yaşımdamı yaşamalı idim?...

Hələ öyrəşə bilmədim də...

Kimsənin olmadığı bir qaranlıq küçədə gəzirəm…

Tərk edilmişəm hər kəs tərəfindən... Dayanmışam bir küncə...

Bəziləri kömək edər ümidiylə...

Əslində mənim tanımadığım, nə çox ümidim varmış...

Əsla tanıya bilmədiyim...

Təzə tanışdım onlarla... Hər atdıqları addıma çaşıram... İnanmıram...Hətta gülürəm...

Özümə güvənmirəm..

Kədərliyəm.. Hər gün bir tərəfim tərk edir məni... Sonda mən, məni tərk edəcəm deyə qorxmuram artıq...

Geri dönüb baxdığımda bir çox mən...

Xoşbəxt mən...
Şən mən...
Etibarlı mən...
Ümidli mən...
Həyata sarılan mən...
Gülən mən...
Uşaq mən...
İndi isə geriyə qalan...

Ağlayan, tək, çarəsiz, ümidsiz, qapqaranlıq, acılı,
kədərli... Və bir çox sənsizliklə dolu mən...

Bu qədər seyin altından qalxmağa çalışan əsl mənliyim...

Bu da çaşdığım nöqtə...!

Bu da bitdiyim nöqtə...!

Mənim nağılımın sonu bədbəxt... Olsun... Bitsin Bəsdi...!


Tarix: 19.11.2013 / 04:09 Müəllif: Akhundoff Baxılıb: 43 Bölmə: Sevgi varmı?