beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

YAZA BILMIREM....

Yaza bilmirəm susubdur ürəyim. Danışmıram sanki dərd dostum olan ürəyimlə, danışdığım kağızlarada yaza bilmirəm sanki hislərim ölüb... Sona gəldim deyəsən, sənə həsr elədiyim heçnə yadıma düşmür. Qəlbimin sənə dediyi sözləri qələmimlə yazırdım, amma indi doğurdanda təkəm və sənsizəm... Bir şəklin belə sənin üçün nələri edə biləcəyimi xatırladırdı mənə, bir düşüncə belə sənə yazılan yazılara gətiriib çıxardırdı məni... Amma ölüb hislərim deyəsən, susubdur qəlbim yaza bilmirəm. Bəlkə də anladım heçnəyin dəyişməyəcəyini, bəlkə də başa düşürəm ömrümün sənə hədiyyə olmadığını, bəlkə də görürəm sənin bunlara layiq olmadığını, bəlkə də.. Mən səmaya baxarkən gözlərini görən birisi idim, aya baxarkən ayın cizgilərində səni axtaran birisi idim, mən səni sevən biri idim. Ürəyim niyə susub? Unutdummu həqiqətən, yoxsanmı artıq sən? İnanımmı susan ürəyimə yaza bilməyən qələmimə?
İstəyirəm ki, illər tez keçsin, tez yaşayım sənsiz olan bu ömrümü... Gəlsin və keçsin, bir göz qırpımında! Bir nəfəs alış anı qədər az bir vaxtda... Gəlsin və keçsin ömrüm... Sadəcə bir şəklin var məndə maraglanmırmış kimi göstərirəm özümü, amma baxmaqdan bezmirəm, nömrəni belə silmişəm amma zəngini gözləməkdən yorulmuram, həyata keçməsi mümkünsüz bir arzuya amin amin amin deyirəm. Amma yaza bilmirəm daha danışmır da ürəyim...
Həçnə başa düşmədim mən darıxırammı? yoxsa unuduram....? Mən yaşayıram, bu qədər çətinliklə yaşayıram. Mən yalnızam, sənsizliyin yalnızıyam, ən böyük yanlızlıq məndədi. Ətrafımda hər kəs var mənə lazım olan yeganə insan yoxdu, onun yalnızlığındayam mən... Sənsizliyimə və daha qəlbimin səni silmək istəməsinə gözü yumlu razıyam artıq... Bağışla!!! Daha yaza bilmirəm səndən.....


Tarix: 19.11.2013 / 04:09 Müəllif: Akhundoff Baxılıb: 46 Bölmə: Sevgi varmı?