beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Əgər öləcəyinizi Bilsəydiniz?

Doğan Cüceloğlu (Türk yazıçısı): Dostlar, aranızda ölümcül xəstəliyi olan var ?
Bir iştirakçı: Allaha şükür, müəllim, bildiyimiz qədəriylə yox.
Cüceloğlu: Nə gözəl! Yaxşı, mənə, istisnasız bütün insanların, yəni 6 milyard insanın da başına gələcəyi bir şey söyləyə bilərsiz?
Cavab az qala avtomatik olaraq çıxar
: Ölüm.
Cüceloğlu: Həqiqətən də ölüm bütün insanların başına gələcəyi qaçınılmaz olan tək şeydir. Doğum da bütün insanların başına qətiliklə gəlmişdir amma bundan sonra başa gəlməsi qəti olan tək şey ölümdür. Başqa heç bir şey insanların hamısının başına gəlməyəcək. Yaxşı, madam öləcəyim mütləq, bu mənim ölümcül bir xəstəliyimin olduğunu göstərmir?
İştirakçılar burada səssizcə, başlarıyla təsdiqləyirlər.
Cüceloğlu: Yaxşı, nə vaxt öləcəyimizi bilirik?
İştirakçılar: Xeyr
Cüceloğlu: Bu saniyə içində olma ehtimalı var ?
Bir iştirakçı: Var.
Cüceloğlu: Sabah?
Bir iştirakçı: Bəli.
Cüceloğlu: 30 il sonra?
Bir iştirakçı: Ola bilər.
Cüceloğlu: Yaxşı bunlardan hansının sizin başınıza gələcəyini bilirsinizmi? Məsələn bu axşam evə sağ-salamat varacağınızı hardan bilirsiniz?
Sinif səssizcə dinləməyə davam edir. Çünki ümumiyyətlə həyata belə baxmamışlar.
Cüceloğlu: Yaxşı bir də tərsini düşünək, bu axşam evə döndüyünüzdə, bu səhər evdən çıxarkən sağ-salamat buraxdıqlarınızı sağ tapma zəmanətiniz nədir? Vardırmı bele bir zəmanət?
Bir iştirakçı: Yoxdur Müəllim.
Cüceloğlu: Yaxşı haradan bilirik az sonra telefonun zəng çalmayacağını və evdəkilərdən birinin az əvvəl öldüyünün bizə deyilməyəcəyini?
İştirakçılar burada narahat olmağa başlayır.
Bir iştirakçı: Müəllim mövzunu dəyişdirə bilərsiz?
Cüceloğlu: Amma ən sadə və açıq reallıq haqda danışırıq, bir az daha davam edək məncə. Yaxşı, görəsən bunu dünən gecə bilsəydiniz, yəni evdə axşam birgə olduğunuz insanlardan birinin sabah ölüm günü olduğunu bilsəydiniz, o zamanı eyni dünən gecə olduğu şəkildə mi keçirərdiniz? Yoxsa fərqli şeylər mi edərdiniz?
Bir iştirakçı: Əlbəttə çox fərqli keçərdi Müəllim.
Cüceloğlu: İndi sizdən xahiş edirəm, lütfən bir an arxanıza söykənin, gözlərinizi bağlayın və bu səhər evdən çıxarkən evdə buraxdıqlarınızdan birinin həqiqətən öləcəyini düşünün, dünənki axşamınızı necə keçirərdiz? Eyni söhbət olardı? Onunla eyni mövzuları mı danışardınız? Eyni mövzular, müzakirə və ya gərginlik yaradardınızmı? Yoxsa əhəmiyyətsiz hesab edərdiniz? Bu səhər evdən çıxarkən, bu son görüşdə ona nə deyərdiniz? Onu qucaqlamaqda tərəddüd edərdiz? Çox möhkəm qucaqlaşmağa, yoxsa güzgüdə özünüzə vaxt ayırardınız? Ürəyinizin dərinliyindən gələn bir səs «Səni həqiqətən çox sevirəm» deməyə nə ehtiyac var deyə səsləyərdimi? Onun öləcək olması sizin ona duyduğunuz sevgini artırmazdımı?
Burada bəzi iştirakçılar Ağlayır. Aydındır ki dünən axşam etdiklərindən bir qisminin nə qədər mənasız olduğunu indi fərq etmişlər.
Cüceloğlu: İndi gözlərinizi aça bilərsiniz, görəsən neçə mübahisəmizi bu qədər gərəksiz formalarda edirik, neçəsi həqiqətən həyatda qarşımızdakının varlığından daha əhəmiyyətli ?
Yaratdığımız inciklikləri təmir etmə imkanımız həqiqətən varmı?
Buna vaxtımız həqiqətən qaldı mı?


Tarix: 19.11.2013 / 04:09 Müəllif: Akhundoff Baxılıb: 40 Bölmə: Sevgi varmı?