beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Biz Kimik?

İnanmaq... bir insana özündən çox inanmaq... ona özünü, gələcəyini heç düşünmədən həvalə etmək. Bu, nə dərəcədə düzgündür? Bu, nə dərəcədə sağlam bir addımdır?

Bəlkə də, məhəbbətin adına ona görə də dəlilik deyirlər....yaxşı, əgər bu, dəlilikdirsə, niyə hamı dəli olmağa razıdı? Niyə hamı acı çəkməyə razıdır? Niyə deyirlər ki, sevgi çox gözəldi...niyə sevmək insanı bu qədər xoşbəxt edə bilir ve eyni zamanda dünyasını qaralda bilir. Necə olur ki, yalnızca bir hiss bizim ürəyimizdə böyük bir dəlik açır, hansı ki üstü qapansa belə, ömür boyu sızıldayır. Onun verdiyi ağrı... o ağrı insanı həyatdan küsdürür və gələcəkdən uzaqlaşdırır...bir az zaman keçdikdən sonra görürsən ki, artıq sən yoxsan, yalnızca onun xəyallarında yaşayırsan.Hər şeyin nə zaman dəyişəcəyini gözləyirsən...artıq sualların içində itirəm, bu barədə çox düşünürəm, danışıram hərənin isə ayrı -ayrı düşüncəsi var. Balaca beyinləri ilə mənə yol göstərməyə çalışırlar. Ancaq heç biri anlamır ki, mənim bir tək yolum var - onun yanında olmaq ! Çünki mən nə qədər ondan qaçıramsa, ona daha çox yaxınlaşdığımı hiss edirəm...bu, məni daha da incidir, daha da öldürür.Yaxşı, bəs mən əgər belə çox sevdiyimi hiss edirəmsə, niyə hər şey belə olur? Niyə mən acizəm? Niyə heç nə edə bilmirəm, çünki unutmuşam ki, sevgi tək tərəfin səyləri ilə olmur. İki tərəf də öz sevgilərinə görə nəsə etməlidirlər. Sevgi çünki hər şeyi çətinləşdirir ve araya göz yaşları girir, hansı ki, gələcəkde sənin ən böyük tutunacağın və yol yoldaşın olur...

Sevgi... yalnızca 5 hərf ...sevgi bütün qanunları dəyişdirir və öz qanunlarını qoyur...hansi ki, heç kim hələ onların nə olduğunu bilməyib və onlarla gedə bilməyib...yalnızca ürəkdən bir sözü demək kifayətdir səni sevirem...Demək, artiq sən də bizdənsən...biz kimik? Baxdığımız kinolardakı sevən? Oxuduğumuz romanlardakı aşiq? Yoxsa sadəcə əzab çəkməyi sevən aciz insanlar??? Biz kimik???? Mən kiməm? Mən kiməm?


Tarix: 19.11.2013 / 04:09 Müəllif: Akhundoff Baxılıb: 80 Bölmə: Sevgi varmı?