beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qariwqalar...

Qarışqalar zəhmətkeş olurlar. Yayı yığır qışı yeməyə çalışırlar. özümüz də bilirik ki bu asan deyil. Hər necəsə olsun onlar qışı keçiməlidirlər. Yay ümidlərin fəsilidi, xoş günlərin ümidləri, Günəşin ümidi... Hər necə olursa olsun əsas olan bu yayda qarışqanın otların üstü ilə gəzməyə ümidi həmişə var. Axı o qarışqadı, ona nə lazım ki bugün tv-də deputatlar nə danışacaq. Qarışqa gündəlik həyatını təmin etməlidi.. Yay pis keçdi?? Qışda ac qalarıq deməkdi.. Qarışqalar realist olur onlar bilirlərki günəş çıxacaq ama onlar onu da bilirlərki sabah onlar olmaya da bilərlər. Onların da ailələri olur hətta inanmazsınız ama onlar da xoşbəxt olurlar. Onlarında qarşısına “ataaa” deyəcək övladları olur və onlar hər gecə şam yeməyinə dolma da olmasa tum qabığı yeyirlər. Qarışqalar yalançı və rüşvətxor olmur. Pulları olmasa da qonşu yuvadakının yayda qışı təmin etmək üçün nələr etdiyini görürlər. Qarışqalar gülərüz olur, həmişə gülürlər... Qınamıram həyatınız əzabdan yoğrulmuş olsaydı sizdə ən axmaq zarafat belə gülərdiniz. Qarışqalar qarışqanı darda qoymazlar. Onlar bilirlər su mənbəyi yağış belə onları məhv edə bilər... Qarışqalar zərif ama cəsarətli olurlar... Onlar bililərki bu gecə onların yuvalarına çatmağı əsil möcüzədi.  Dünyada pəncələri daha böyük olan məxluqlar da var... 


Tarix: 19.11.2013 / 04:09 Müəllif: Akhundoff Baxılıb: 235 Bölmə: Sevgi varmı?