beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Kimdir Fahişə?

İşini görüb qurtarmışdı.. Yorulmuşdu.. Tərləmişdi… Rahatlamışdı.. Hal-hazırda dünyanın ən xoşbəxt, ən zəif insanı idi… pəncərə açıq idi və gün düz onu üstünə düşürdü. Birdən yadına düşdü ki, çıplaqdı və üstü açıq qalıb. Utandı sanki.. Tez yorğanı üstünə çəkdi. Gözü yanında uzanan, bayaqdan onunla eyş-işrətlə məşğul olan fahişəyə sataşdı. Ağzıüstə uzanmışdı. İlahi, onun bədəni yorğun olanda nə qədər gözəl olur.. Ağlından iyrənc – iyrənc fikirlər keçdi.. Üzündə qəribə bir təbəssüm vardı.. Bir neçə dəqiqə qabaq onun bu fahişəylə çıxardığı oyunlar indi ona iyrənc görünürdü.. İyrəndi özü – özünə..

Düşündü.. Görəsən mən neçənciyəm? Bu gözəl bədən bu qədər kişiyə necə dözür? Görəsən mənim öpdüyüm bədəni kimlər öpüb? İlahi, nə qədər iyrənc! İstər – istəməz əli ağzına doğru getdi. Sanki ağzı kirlənmişdi… Təmizləməliydi onu.. Əlinin üstü ilə möhkəmcə ağzını sildi. O iyrənmişdi…

Birdən dəhşətli bir əsəb gəldi. Bir az öncə sevişdiyi qızı indi boğub öldürmək istəyirdi. Kirliydi.. Kirlənmişdi.. Buna görə də yanındaki fahişəni günahkar bilirdi.. Kaş o bu qədər gözəl olmayaydı.. İlahi, hər gözəlliyin arxasında bu qədər iyrənclikmi olmalıdır? Əsəbindən az qala ağlayacaqdı. Fahişənin sakitcə, öz kefində yanında uzanıb istirahət etməsi ona daha da çox əsəb verirdi. Sanki bir sonrakı kişi üçün özünü və vücudunu hazırlayırdı.. Onun o kişiyə yazığı gəldi.. Özünə gəldiyi kimi..

Sonra yenə fikirləşdi… Yox! Fahişənin nə günahı! Onu bu yola heç kim zorla salmayıb. Heç kim ondan bunu xahiş də etməyib. O öz şəhvani hisslərinin ardınca gəlib bir neçə saat bundan əvvəl barda gördüyü qızın yanına. Heç onun adını da bilmirdi bəlkə.. Bir də ki, nəyinə lazımdı axı, onun adı..

Düşünürdü.. Beyni çatlayacaqdı ağrıdan.. O bilirdi yanındakının bundan pul qazandığını və kişilərlə yatmağı özünə məslək seçdiyini. Onun məsləyinin adı “Fahişəlik” idi. Düzdü, iyrənc məsləkdi. Amma bəlkə ruhu, ürəyi fahişə deyildi.. İndi onu bu anda sadəcə bir şey düşündürürdü.. Hal-hazırda bu yataqda fahişə kimdi.. Həyatmı, omu, yoxsa fahişə qızmı? Fahişə qız üçün fərqi yox idi. Çünki onu evdə həyat yoldaşı və 3 yaşlı oğlu gözləmirdi. Onu isə tərtəmiz həyat yoldaşı və 3yaşlı minnacıq oğlu gözləyirdi..

Fikirləşirdi.. Düşünürdü.. Və bu suala cavab tapa bilmirdi.. Fahişə kimiydi? Xanımını evdə qoyub bura, heyvani hisslərinin dalınca gələn özümü? Yoxsa ondan bir-iki saatlıq eyş-işrət üçün pul alan, həmin pulla qarnını doyuran, hal-hazırda yanında etinasız, çılpaq uzanmış fahişəmi? Qarnını doyurmaq üçün insan bədəninimi satmalıdır? Ona bəraət qazandırmaq olarmı? Niyə fahişə sadəcə qadın olmalıdır? Kişi “fahişə deyil” deyə qanunu kim yazıb? Axı kimidi fahişə? Qadınmı, kişimi, yoxsa tam əksinə, elə həyatın özümü?

Könül Yazar


Tarix: 19.11.2013 / 04:09 Müəllif: Akhundoff Baxılıb: 132 Bölmə: Sevgi varmı?