beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Yalanın Səni Sevirəmlə Başlasın

"Sevgilim," deyir bəziləri. Yavan gəlir dedikləri, bayatdır sanki.
"Edə bilməyəcəyəm." demək məcburiyyətində qalıram. Ruhun üstümdədir sanki, yanımda.
Qaçsam birinin qollarına, aldadacağam sanki səni. Basa bilmirəm başqa ruhları yarama, olmur. Deyə bilmirəm sən "nifrət edirəm" dedikdən sonra "sevirəm" deyə, düyünlənir.

Hər nədirsə... Bu gün ilk tanış olduğumuz yerə getdim. Küncdəki köhnə kinoya.
Divarlar o qədər boş gəldi ki, mənə. Bir bilet aldım hər zamanki kreslolarımıza...
Oturdum boş bir ruhla, bir siqaret yandırdım, bir az da xatırlatdı mənə yalnızlığımı.
Halbuki hər vaxt sən olardın yanımda. Qoyardın çiyinimə başını. Əlimi tutardın.
Amma indi orada bir mən, bir də artıq sənə heç bir şey ifadə etməyən xatirələrimiz var... Sənin üçün köhnə baş mənim üçün ürək ağrısı olan xatirələr...

Səhər oyananda ilk iş telefona sarılmaq deyil nə qədər vaxtdır. Səndən gəlmir mesajlar.
Səninlə əlaqədar olanlarsa canımı sıxır: "Bu gün onu bir qızla gördüm" , "Unut artıq onu" , "Sənin də bir həyatın var, yaşa".
Oxuduqca siqaretə yaxınlaşıram. Siqaret istifadə etməzdim mən, bilirsən.
Sənə də dərdim "Çəkmə bu zibili" deyə. Amma görürsən, səni mənə xatırladan nə varsa yaxınlaşıram...

Sənin yoxluğunun içimdə yaratdığı boşluğu doldurma səyləri...
Son deyirəm çünki artıq olmayacağam dünyanda. Eyni səmaya baxmaq belə əzab verir mənə.
Dözə bilmirəm. Mən bir azdan olmayacağam dünyada. Çünki gözümün qarşısında kəsilmiş bir bilək, əlimdə də sənə gətirəcəkləri qeyd cihazı var.
Möhkəm geyin sevgilim, xəstə olma, üzmə özünü heç bir zaman, sıxma canını...
Unutma həmişə yanındayam...

Bir mesaj yazsan nə olar ki? Bir dəfə "sevgilim" desən… Bir mesajı açıram.
"Yaxşısanmı bu gün?" Cavab vermək gəlir içimdən. "Xeyr," yazıram.
"Yaxşı deyiləm." Həqiqətən yaxşı deyiləm, onun öldüyünü fərz edən mesajlara cavab yazıram.
Budurmu yaxşılıq? Ürəyim sıxışır bir an, qabarır içimdə. Gözlərimi sıx yumuram.
Mənə bir yalan danış sevgilim, "Səni sevirəm"lə başlayan bir yalan olsun…


Tarix: 19.11.2013 / 04:09 Müəllif: Akhundoff Baxılıb: 93 Bölmə: Sevgi varmı?