beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Kimdir Gunahkar?

Kimdir günahkar?
Ərini aldadan qadınmı?
Yoldaşına vaxt ayırmayan ərmi?
Kimdir günahkar?
Oğurluq edən insanmı?
Onu işsiz buraxanlarmı?
Kimdir günahkar?
Sürücülərin qabiliyyətsiz olmağımı?
Yoxsa şəhəri 3 ayda abadlaşdırmaq istəyənmi?
Kimdir günahkar?
Nişanlı ola-ola başqası ilə gəzən oğlanmı?
Yoxsa ona inanan saf qızmı?
Kimdir günahkar?
Malını baha satanmı?
Yoxsa aşağı qiymətə satıb tərəzidə atanmı?
Kimdir günahkar?
Əsgər getməyənmi?
Hərbidə özbaşnalıq edənlərmi?
Kimdir günahkar?
Qiymətlərini pulnan yazdıran tələbəmi?
Biliyə qiymət vermiyən müəllimmi?
Kimdir günahkar?
Metroda bir-birini minən camaatmı?
Metropolitenmi?
Kimdir günahkar?
Seriallara baxıb pozulanlarmı?
Serialları çəkib nümayiş etdirənlərmi?
Kimdir günahkar?
Narkotik maddə istifadə eləyənmi?
Narkotikin gətirilməsini təmin edənmi?
Kimdir günahkar?
Az yaşlı uşaqları diləndirənmi?
Onlar çöllərdən yığmayanlarmı?
Kimdir günahkar?
Yolu piyada keçidindən keçməyən piyadamı?
Qəza törədən sürücümü?
Kimdir günahkar?
Hazırlığına getməyən tələbəmi?
Onu hazırlaşdıran məsuliyyətsiz müəllimmi?
Kimdir günahkar?
Ban olunan usermi?
Statusuna güvənən adminmi?
Kimdir günahkar?
Xəbəri yaxşı hazırlamayan usermi?
Xoşu gəlmədiyi üçün xəbəri aktiv etməyən redaktormu?
Kimdir günahkar?
Bunları dilə gətirən mənmi?
Bunları yazdıran sizlərmi?


Tarix: 19.11.2013 / 04:09 Müəllif: Akhundoff Baxılıb: 93 Bölmə: Sevgi varmı?