beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Meleyin Goz Yawlari.....

Siz nə vaxtsa mələyin göz yaşlarını görmüsünüz? Yox düşünürəm, axı çoxları hətta onların mövcudluğuna belə inanmırlar. Amma təəssüf. Mələyin göz yaşları... Onları təsvir etmək, yəqin mənim söz ehtiyatımda o qədər gözəl söz yoxdur.

Mələyin gözlərindən axan damlalar - onlar kiçik dünyaya bənzəyirlər, çünki onlarda bütün insan qorxuları, insani hisslər, ağrı, əzab, ümidsizliklər. vardır. Mələyin göz yaşlarında, hər kəs öz dünyasını görə bilər. Təssəvvür edin necə çətindir Mələk olmaq? Mələklər bütün bizim günahkar dünyamız üçün cavab verirlər. Mələklər - bu Tanrının elçiləridir... Amma indi mən ona inanmağa başlamışam ki, Mələklər var və onlar Yer kürəsindədirlər. Sadəcə burada onlar öz böyük qanadlarını gizlədirlər ki, heç kim onları sındıra bilməsin. Heç kim onları məhv edə bilməsin.

Mələklər bizim aramıznda yaşayırlar. Onlar həmçinin nəfəs alırlar, ağlayırlar, bizim kimi.. Yalnız onlar daha çox əzab çəkirlər, onlara daha da xəstədirlər. Axı onlar hisslərdən tamamilə ibarətdirlər. Nə bədən yoxdur, nə qan. Hisslərdən və emosiyalardan. Bəs nə vaxt mələklər ağlayır? Təsəvvür edin ki, sizdən (canlı) ürəyinizi qoparırlar. Əllər.. siz hiss edirsiniz ki, onu sizin bədəninizdən ayırırlar.. Bunu təsəvvür etmək belə çətindir, mələklər əzab çəkirlər. Təəssüf, axı biz canlı ölülər öz laqeydliyimizlə, onlara soyuqqanlılığımızla onları məhv edirik. Biz onlara inanmırıq. Onları qəbul etməyi və öz ürəklərinə buraxmağı arzulamırıq belə. Biz bu dünyaya çox soyuqqanlı yanaşırıq. Axı mələyin ürəyi heç vaxt buzqabığıyla örtülə bilmir. Mələyin ürəyi bizim alışan nifrətimizdən yana bilər, bizim yaşlarımızda boğula bilər. Mələyin ürəyi sadəcə bizim eqolarımıza görə yox ola bilər. Mələklər... heç nəyin əvəzinə tələb etmədən öz istiliyiylə bizdən əsirgəmirlər.

Şeytanın göz yaşları. Onlarla nə etmək olar? Onlar böyük və amansızdırlar. Onun göz yaşları, kim onları hiss edə bilmir.. amma, unutmayın, axı o nə vaxtsa mələk idi, onun qanadları hələ var. Görəsən niyə qanadlarından sadəcə imtina etdi, verdi və şər tərəfinə keçdi.. Niyə? O heç özü də bilmir.. Çətin ki özüdə bu suala cavab tapa bilsin. Şeytanın göz yaşları... Onlarda o qədər acı və ağrı hiss olunur ki,.. Bəli, Şeytanlar da ağlayırlar, amma onların yaşları tufan nəticəsində torpağa gəlir.. əbəs yerə deyil biz ildırımın gurultularından qorxuruq.. İldırımdan qorxuruq, çünki onlar iblisin elçisidir.. və yağış həmişə bizdə kədərlənməyimizə səbəb olur .

Şeytan və Mələk.. müxtəlifdirlər.. bu ağ və qara kimidir. Bu ruh və boşluq kimidir..

Nə vaxt ki, mələklər ağlayırlar, mənim ürəyim parçalanır, axı mən bir mələyin göz yaşlarını hiss edirəm.. O mələk ki, şeytan balasıyla olmaq istəyir. İstəyir, arzu edir, amma hələ bacarmır..


Tarix: 19.11.2013 / 04:09 Müəllif: Akhundoff Baxılıb: 56 Bölmə: Sevgi varmı?