beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

MEN YALNIZ SEVGIDEN KUSDUM......

Bilrəm danışacaq bir şeyimiz qalmadı, paylaşacaq heç bir şeyimiz yoxdu.

Yenə də ürəyimdə gücümün çatdığı yerə qədər səslənirəm, səninlə danışıram...

Bu gün sənə olan qırıqlığımı kənara qoyuram, sevgimi aldım ovuclarımın arasına, ona sığınıram...

Bu gün könlümü xoş tutmaq istiyirəm, imkansız olan hər röyaya inanmağım gəlir... Bir uşaq kimi istəklərimi basdıra bilmirəm... Çalmayan telefonuma əlim gedir... Məndə olan səni, heç incitmədim, dəyişdirmədim və həmişə qorudum desəm də, səndəki mənin necə olduğunu, gülüb-gülmədiyi mənə çox maraqlıdı..

Üşüyürəm, bu üşümə yalnızlığımdan irəli gəlir və hər tərəfimi sarır...Tutuna biləcəyim heç bir gözəllik yox, xatırlamaqdan bezməyəcəyim xatirələrim xaricində..İsinə bilmək üçün onlara tutundum...

Gözlərim yollarda qaldı, gözlərimdəki kədər də sənin üçün darıxdığını sonunda etiraf etdi...Düşüncələrim qürurlu, xəyallarım və sevdam deyil...

Gəlsəydin, özümü unudub sənə gələcəkdim, susduracaqdım içimdəki üsyanı, davaların ortasında bir günəş kimi doğulub isidəcəkdim ürəyini, sevincdən ağlayacaqdım bu dəfə, toxunacaqdım, qucaqlayacaqdım.Amma gəlmədin, gələ bilməzdin bəlkədə gəlməyə heç niyyətində yoxdu əslində.Özümü aldatdığımda ağladığımı sezdim...

Əvvəllər mahnıların bu qədər mənalı olduğunun fərqinə varmamışdım. Sən demə sevdiyim nə çox mahnı varmış, bunu sənin gedişin göstərdi mənə... Hər mahnıda sən varsan, hər yerdə, hər gördüyüm insanda, dənizdə, gecədə, yuxumda... Hər yerdə olmağı necə bacarırsan? Bu bir bacarıqsa niyə yanımda deyilsən???

Getdin! Bəlkə də heç gəlməmişdin, gəldiyini sanmışdım...Hər gəlişimdə bir kəs daha göndərdiyin oldum... Ağladığın, qışqırdığın, və ya susduğun üsyanın oldum... Səssizcə boşalan göz yaşların oldum...Ürəyindəki qadın mən olmaq istərkən, ürəyinə sığınan və tozlanacaq bir xatirə oldum... Desənə mən həqiqətən sənin nəyin oldum??

İndi bir mövsümlük eşq qaldı əllərimdə sadəcə bir mövsüm yaşanan amma bir ömürə bəs edən eşq... Qəlbimə hələ getdiyini söyləyə bilmədim, öyrənirsə əgər onun da acı çəkməsini istəmirəm...Getdin! Susqunluğun ən böyük silahındı, o silahla vurdun məni... Əsil acı olan unudulmaq....

Desənə unudulmaq kimə yaraşır? Unudan sən olsan belə sənə də yaraşmır...

Narahat olma, sənə bu duyğunu yaşatmadım, unudulmayan olmaq səndə daha gözəl görsənir...Görürsən sənə və sevginə xəyanət etmədim...

Mən yalnız sevgidən küsdüm....


Tarix: 19.11.2013 / 04:09 Müəllif: Akhundoff Baxılıb: 132 Bölmə: Sevgi varmı?