beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bir Tebessum....

Kiçik bir qız fikirli bir adama gülümsədi. Çox keçmədi ki, adamın fikri dağıldı. Sonra dostu yadına düşdü. Kiçik bir iş üçün ona təşəkkür etmədiyini xatırladı. Tez bir məktub yazıb yolladı. 
Dostu bu məktubdan o qədər sevindi ki, nahar etdiyi yeməkxanada xidmətçiyə böyük bir bəxşiş verdi. 
Xidmətçi ilk dəfə idi ki, belə bəxşiş alırdı. Axşam evə gedəndə bəxşişin bir hissəsini küçənin tinində oturan dilənçiyə verdi. 
Dilənçi iki gün idi ki, ac idi. Tez gedib qarnını doyurdu. Sonra da bir binanın zirzəmisindəki “evinə” yollandı. 
Yolda soyuqdan titrəyən bir balaca it gördü. Iti götürüb evinə apardı. Balaca it soyuqdan xilas olduğu üçün gecə yarısına qədər isti otaqda atılıb-düşməyə başladı. 
Gecə yarısı binanı tüstü bürüdü. Yanğın var idi. Tüstünü hiss edən it hürməyə başladı. Əvvəlcə dilənçi oyandı. Sonra, bütün bina ayağa qalxdı.
Beləcə, böyük bir bəladan xilas oldular. Bunların hamısı isti, səmimi bir təbəssümün nəticəsi idi. Təbəssüm özü bir gözəllikdir.


Tarix: 19.11.2013 / 04:09 Müəllif: Akhundoff Baxılıb: 35 Bölmə: Sevgi varmı?