beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Men Payizi Sevirem,cunki Payiz SENSEN......

Sevmirəm mən payızı, evin pəncərəsindən çölə baxıram,yağış yağır.
Dayanmadan göydən düşən damcılar hər tərəfi isladib.

İnsanlar durmadan ora bura qaçır,islanmamaq üçün burdan ora,ordan bura hoppanır.
Amma çarə nə,hamı qaçır.

Niyə sevmir ki, insanlar bu yağışı?Niyə qaçır ki?!

Pəncərədən gördüyüm tək şey də budur-yağış yağır,hər tərəf palçıq və insanlar qaçır.
Amma bir ğün Ona dedim payızı sevmədiyimi.Anlatdım Ona dünən gecə pəncərəmdə gördüklərimi.

O isə.. dedi:
-Bir gün bir qadın səhər pəncərədən çölə baxarkən çörək yeyən ərinə dedi- bax, qonşu paltar asır,amma ağ paltarlar kirlidir,belə pinti qadın olar?Ağları da təmiz yumur.

Bu hal 3 gün təkrarlandı,hər gün qadın pəncərədən qonşunun çölə sərdiyi paltarları görüb ərinə gileyləndi:necə pinti qadındır,ağları təmiz yumur dedi.
cü gün qadın eyni sözləri deyəndə əri durub pəncərəni sildi və dedi:indi bax, həmin qadının yuduqlarına.Qadın baxdı ki,həqiqətən də onun yuduğu ağlar təmiz idi.Günlərdir onun ağlarını kirli göstərən isə qadının öz pəncərəsindəki kir idi.
Bu onu gostərir ki,əslində hər şey sənin baxdığın pəncərədə gördüyün kimi deyildir.

Düşünün,nə çox qışı sevən insanlar… onlar qışı qarına gorə,hər tərəfin bəyaz gəlinliklər kimi göründüyü üçün sevir.Kimsə qışı soyuğuna gorə sevməz ki!
Düşünün,nə çox insanlar yayı sevir...dənizə,istirahətə gedir deyə.Amma kimsə

yayı isti olduğu üçün sevməz ki!
İndi sən də düşün payızı sevən onu xəzanlarına,tökülən yarpaqlarına və doya-doya yağan yağışına gorə sevir.

Suya doyamamış, yanan torpaq yaydan sonra payızda doya-doya bu qidanı alır.

Düşünün bu sevgidir!
Düşünün,quraqlıqdan cana gəlmiş sevgi payızın romantk yagışı ilə ona guc verir,

ona gorə də deyirlər yağış romantikanın simvoludur.
Düşünün,qarşıda sizi sərt qış,yeni soyuq sevgi munasibətleri gözləyir.

Oysa payız sadəcə sizə ilham verir.
Heçmi xəzanların üzərində qaçışaraq onun xış-xış edən səslərini eşitmək istəmədiniz?
Heçmi onunla çətirsiz yağışın altında qaçmaq,islanmaq,bütün varlığınızla bu azadlıq hissini duymaq istəmədiniz?

Heçmi yağışdan sonra əl-ələ verib gözəl bir parkda onunla gəzişərək günəşin ilıq şüalarında isinmək istəmədiniz?
Pəncərəni dəyiş və payıza başqa pəncərədən bax o zaman anlayacaqsan ki, yağış yağarkən düşən hər damcı dünyada sevən hər kəsin payıdır. Səndə əlini uzat o damcıdan öz payını götür. O zamandan hər yağan yağışda hər tökülən xəzanda mən onu tutmaq istədim.

O gündən mən anladım ki, mən artıq payızı sevirəm, cünki payız elə SƏNSƏN!


Tarix: 19.11.2013 / 04:09 Müəllif: Akhundoff Baxılıb: 153 Bölmə: Sevgi varmı?