beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

BIZIM KUCEMIZ....

Bizim adımızın var olduğu amma kimsənin bilmədiyi gözəl küçələr var idi.İçimizdə həmişə gizli qapaqlı qalmış sevdalarımız və ağrıyan bir yaramız oldu. Həmişə bir şeylərin həsrəti bir şeylərin sevdası oldu içimizdə nə vaxt ağlayıb nə vaxt güləcəyimiz heç müəyyən olmadı.. Həmişə rolları başqası verdi əlimizə hər vaxt heç bir zaman heç bir səhnədə assolit olaraq oynamadım amma tək bildiyimiz isə bizim adımızın var olduğu amma kimsənin bilmədiyi gözəl küçələr vardı.. Hər gün gülmək üçün də bir səbəbimiz vardı. Bəzən durğun bəzən yorğun kimi zamanda bizə atılan bir daşın hesabını soruşmaq üçün mübarizə verdiyimiz və hər mübarizənin sonunda məğlub olduğumuz kimsənin bilmədiyi amma bizim adımızın var olduğu amma kimsənin bilmədiyi gözəl küçələr vardı..Səhərlər qalxdığımızda otağımıza vuran yüngül bir günəş işığı və kimsənin verə bilmədiyi istilik vardı.Günəş o küçələrdə yalnız amma yalnız bizim üçün doğular yalnız bizə verərdi istiliyini..Həmişə xəyalini qurduq sabahların həmişə əlindən tutub gedəcəyimiz bir sevimli və hər səhər qalxdığımızda onun verdiyi xoşbəxtliklə yola çıxmaq onun hüzur yaşamaq və hər gecə başımızı yastığımıza qoyduğumuzda onu düşünəcəyimiz və hər gecə başını yastığına qoyduğunda bizi düşünən bir sevgilini..Həmişə amma həmişə xəyalini qurduq.Bizim xəyallarımızın yaşadığı duyğularımızın sərhədsiz olaraq qol gəzdiyi və kimsənin qarışa bilmədiyi və yalnız amma yalnız bizim adımızın var olduğu amma kimsənin bilmədiyi gözəl küçələr vardı.. İşdə o küçə hər vaxt var olacaqdı. Taki bir gün bu bədən torpaq olub yox olana qədər.İşdə o küçələr ürəyimizin tam ortasında idi.. Bizimlə doğuldu bizimlə yaşadı bizdən başqa kimsə bilmədi yalnız bizim və gizli qapaqlı qalmış sevdalarımızın varlığı ilə.. Və kimsənin bilmədiyi amma bizim adımızın var olduğu, gözəl küçələr vardı.!


Tarix: 19.11.2013 / 04:09 Müəllif: Akhundoff Baxılıb: 54 Bölmə: Sevgi varmı?