beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

DAGINIQ DUWUNCELER.....

Bu gecə ürəyim sərt dalğalarla çoşan bir dənizdir sanki...Astaca qulağıma pıçıldayan sakitlik...
Artıq payız fəslidir...Yağış isə, bir gün özünü bizə sevdirib itdi yenədə...Günəş bir payız gündüzləri yaşadsada....Gecələr əsən küləklə düşüncələrim dağınıq bir hala gəlir...Üşüyürəm...Payızı sevirəm,o isə məni...Sevmir.
Sanki ürək döyüntüsünü hiss edirəm.Amma nədənsə bir ağrı ilə döyünür .Tup...tup...tup...tup...Əllərimdə ürəyimi bərk bərk sıxıramki, duymayım o döyüntünü...Bəlkə dayana...bəlkə susa ürəyim...Mən özüm özümü anlamıram...İki fərqli insanam sanki...Gündüzləri bahar tək yaşayan,gecələri isə payız tək...
Mən payızı sevirəm...O məni ...
Sevmədiyini bilirəm əslində...Çünki sərin yağmurunun hər damlası mənə söyləyir.
-Sən yalnızsan...Bu payızını da tək tənha yaşa...
Sərin havada bir çətirin altında gəzən sevgililəri görürəm...Onların bir birini qucaqlamış qolları...sakitcə baxışları...bir çətirə iki sarılan əlin tutması...Mən isə düşüncələrimlə sanki bir müharibədə tək yoluma davam edirəm..Əslində burda payızın bir günahı yoxki...Mən hər gecə bunları duyuram. Amma payızda sanki kövrək oluram...Xəyallarımda islanır sanki...mənasızlaşır...Arzularım buludlarda gizlənir sanki...dumanlı olur...Mən mənasızlaşıram sanki. Mən itib batıram sanki...Özüm özümdən qorxuram sanki...
Mən belə deyiləəəəm deyə ağlamaq istəyirəm..Olmur..Payızım,sevmədinmi məni? Sev deyə bilmərəmki sənə...Bir tək çoxdan solmuş ürəyimə hissləri yaşatma...Mən itib batıram hissərimdə...Mən məhv oluram hisslərimdə...Mən zəifləyirəm sanki...Mən istəmirəm yağışın ürəyimi ağratsın...Mən istəmirəm pəncərədən seyr edim, damlalarını.İstəmirəm bu damlalarla ürəyim ağlasın...İstəmirəm...Mən zəif görünmək istəmirəm...Mən hisslərimi duymaq istəmirəm...Daş qəlbli biriyəm,oyatma hisslərimi...


Tarix: 19.11.2013 / 04:09 Müəllif: Akhundoff Baxılıb: 112 Bölmə: Sevgi varmı?