beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

BES NEDIR?

Eger her seher vücudun hele yuxudan tam oyanmamış qelbin-"bir gün daha, de görüm kimin üçün açmısan bu seheri"-deyirse bu tenhalıq deyil, bes nedir?!
Eger ömründe seni sevindirecek, yaşamaq üçün zerre qeder de olsa qığılcım verecek bir an tapa biımirsense-bu tenhalıq deyil, bes nedir?!
Günün her saatı gözlerin uzaqlarda, qelbin xülyalarda, heyatın boşluqdadırsa-bu tenhalıq deyil, bes nedir?!
Gündüzlerin gece olmağını, ömrünü röyada yaşamağı arzu edirsense, baş rolu oynamalı olduğun halda, bu heyat sehnesinde sadece izlemekle kifayetlenen bir tamaşaçısansa söyle, söyle bu tenhalıq deyil, bes nedir?!
Ve nehayet gelen günlerini görüb, boş keçdiyini bile-bile öten günlerine hesed aparırsansa bu TENHALIQ deyil, bes nedir?!
Saatın çıqqıltısını eşidirsənsə bu tənhalıq deyil. Bu çoxlu boş vaxtdır. Heç kimi gözləmirsənsə bu tənhalıq deyil. Bu pessimizmdir. Özgənin həyatından ogurlayıb öz həyatını tamamlamaga çalışırsansa bu tənhalıq deyil. Bu özünə inamsızlıqdır. Danışmaga kimsə yoxdursa, özün-özünlə danısırsansa bu tənhalıq deyil. Bu xəstəlikdir. Günlərlə otaqdan çıxmayıb aglayırsansa bu tənhalıq deyil. Bu depressiyadır. Fikirləşirsənsə ki səni heç kim başa düşmür bu tənhalıq deyil. Bu eqoizmdir. Çarəsizlikdən qışqırmaq istəyirsənsə bu tənhalıq deyil. Bu ağrıdır. Heç kimə lazım deyilsənsə bu tənhalıq deyil. Bu özünü aldatmaqdır. Tənhalıgı biz özümüz icad edirik-o zaman ki, bizə bu sadə üç kəlmə sözü deyən bir nəfər də olmur-MƏN SƏNİ SEVİRƏM..


Tarix: 19.11.2013 / 04:09 Müəllif: Akhundoff Baxılıb: 132 Bölmə: Sevgi varmı?