beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

ADINI SEN QOY......

İndi Bakının ən hündür yerindəyəm Ayağımın altında mavi Xəzər, Bir yanımda əbədiyyət yuxusuna gedən insanlar, Digər tərəfimdə isə bu yuxuya namizəd bir neçə gənc... Birdə əsən küləyin soyuğundan üşüyən mən varam Niyə burdayam??? Niyə ayaq Üstə durub yuxusuzluğuma məhəl qoymadan bu ağ vərəqi doldururam??? Bilmirəm, ADINI SƏN QOY...Tez-tez telefona baxıram, Hər zəng, hər mesaj məni bir az daha Ümidləndirib həyata bağlayır, Adlarını görənə kimi... Şaxtadan göyərmiş əllərimə baxıram Dünənimə və bu günümə baxıram. Dünən isinmək üçün səmimi bir əl var idi ovcumda Amma indi yun əlcək axtarıram... Hər halda onun daha sadiq olduğuna inanmağa başlamışam Nədir bu yalnızlıq, nədir bu tənhalıq, Bilmirəm, ADINI SƏN QOY...Yollara baxıram... Sənli və sənsiz uzanan yollara Bu yolu gedirəm sağ çiynimadə şəhərin parıldayan işıqları, Sol yanımda sənin səsin. Bütün işıqforlarda durmaq istəyirəm Bir neçə dəqiqəlik bərabərlikdəliyimizi uzatmaq üçün yaşıl işığı qırmızı rəngə boyamaq istəyirəm,Ömür boyu dur işarəsinin altında soyuqdan donmaq istəyirəm, Qəlbim sızıldayır,maşının təkərləri asvaltı yox, Ürəyimi əzib keçir. Yağışlı payız axşamında park skamiyasında yolunu gözləyirəm. Səbəbini bilmirən, ADINI SƏN QOY...Yaşadığıma inanmıram, amma inandığım kimi yaşayıram Sevirəm... Bəzəndə sevildiyimi zənn edirəm İncimirəm... Lakin hərdən bilmədən incidirəm Baxıram həmdə düz gözlərinin içinə Yalnız çılpaq həqiqət görürəm, Deyəsən buna həyat deyirlər Belə də ki, nə fərqi var, ADINI SƏN QOY...Yuxular görürəm... Qarmaqarışıq yuxular... Güya sən və mən varıq, Birdə 2 uşağımız... Balaca evimiz, Sənin əkdiyin güllərlə bəzədilmiş baxçamız Çox xoşbəxtəm Çünki artıq həyət yox, həyat yoldaşımsan Məni sevirsən, məndə səni Bu ya sənin arzularının bəhrəsidir, Ya da mənim nigah kağızına atdığım mənasız imzamın nəticəsidir... Mənim üçün fərqi yoxdur, onsuzda yuxudur... ADINI SƏN QOY...Üşüyürəm, darıxıram... Gözlərim dolur, Qəhər məni boğur, Nəfəsim dayanır, Əllərim titrəyir, Ürəyim döyunur Deyəcəyim sözləri unuduram... Desəm ki, bu sevgidir inanmayacaqsan ADINI SƏN QOY...Söz vermisdim, söz vermişdim ki, bu cizma qara da sevgimiz kimi bitəcək Çox düşündum... Amma az yazdım... Bütün hislərimi yüklədim əyri-üyrü hərflərin belinə Və səni geri qaytaracağına ümid etdim Lakin bir nöqsanım qaldı Bu yazıya ne ad verim bilmirem, Nə olar ADINI SƏN QOY !!!


Tarix: 19.11.2013 / 04:09 Müəllif: Akhundoff Baxılıb: 195 Bölmə: Sevgi varmı?