beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

OXUYARKEN DE SEN AGLA......

Heç sözlərimi aldatmayacağam. Romantik sözlərim, yağış damlasından incə düşüncələrim tükəndi artıq. İçimdən gəldiyi kimi yazacağam. Ən dəqiq sözlərlə, ən bəzəksiz hərflərimlə ən ağır duyğularımı izah edəcəyəm. Sözlərimin, gözlərinin dərinliyində itdiyi yerdəyəm. Duyğularımın boğazıma düyünlənildiyi nöqtədəyəm. Çıxardıb ürəyimi qoyacağam masaya. Götür deyəcəyəm götür və get. Əllərimlə sökəcəyəm ürəyimi , bədənimdən, qanlar damlarkən masaya, götür deyəcəyəm. Əgər gedirsənsə bir yerə, bu ürəyi də götür elə get. Onsuz da götürdün, bütün ürəyimi, beynimi, hüceyrələrimi özünə aşiq etdin, indi gedəcəksənsə bu ürəyi, bu ət parçasını da götür elə get. Sənsiz yaşa bilsəm, ürəksiz də yaşaya bilərəm... Tək bir söz söyləmə artıq, getmək keçirsə ağlından, masadan qanları damlayan bu ürəyi də götür elə get. İzah edə bilmədimsə sözlərimlə sənə bu eşqi, bu ürəyi götür yanına, o izah etsin sənə.. Susdura biləcəksənsə içindəki səsi, qırılmayacaqsa qolun qanadın, qopmayacaqsa çobanyastığıdan yarpaqların, götür bu ürəyi də elə get. Sənin üçün tökdüyüm ulduz tozlarının, sənə aşiq ruhumun yazdığım bütün yazıların, qaynağı bu ürəyim idi, onu da yanında apar və elə get. Götür bu ürəyi, get gedə biləcəyin qədər uzağa, yazarkən mən ağladım, oxuyarkən də sən ağla…


Tarix: 19.11.2013 / 04:09 Müəllif: Akhundoff Baxılıb: 68 Bölmə: Sevgi varmı?