beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sevgi Hetda Olume De Baxmir.....

İki maşın toqquşacaq. Sonra adam öləcək. Onlardan biri də Aytən olacaq. Bu sözləri bir qoca kişi Elnura deyirdi. Elnur bunu eşidəcək dərhal dəliyə döndü. Bir-birinin ardınca suallar soruşmağa başladı: -Mən onu rəfiqəsigilə qoymayım getsin? -Gedər maşın vurar onu? -Onun yanında olum onu qoruyum heçnə olmaz,e lə deyilmi? Ancaq qoca dedi: -Elnur, yazılanı pozmaq olmur....Əgər Aytənin sağ qalmağını istəyirsənsə öz görmə qabiliyyətini, eşitmə qabiliyyətini və danışıq qabiliyyətini itirməlisən. Düzdür sən görməyəcəksən, eŞitməyəcəksən,danışa bilməyəcəksən ancaq sənə Aytən baxacaq, Aytən sağ olacaq, sənin yanında olacaq. Dediklərimi qəbul eləmək istəsən gələn həftənin 1-ci günü bu vaxtda həmin bu parka gəl...... Qoca kişi bunları dedi və gözdən itdi. Elnur öz evinə getdi. Çox fikirləşdi.Qərara aldı ki, parka getməsin. Elnur gedirdi Aytənlə görüşməyə, ancaq Aytəni gözü qabağında maşın vurdu. Aytən dünyasını dəyişdi. Neçə günlər keçdi. Aytən ölməzdən əvvəl bir məktub yazmışdı. O məktub bu gün ona çatmışdı. Elnur məktubu oxumağa başladı. Məktubda yazılmışdı: -Əzizim Elnur! Bu mənəm Aytən...Səni çox sevirəm. Bəlkə də sən bu məktubu oxuyanda mən həyatda olmayacam. Biz görüşdüyümüz parkda sən gedəndən sonra bir qoca kişi mənə yaxınlaşdı və dedi: -Elnur öləcək..Əgər onun ölməsini istəmirsənsə özün ölməlisən. Mən qəbul elədim. Mən indi həyatda yoxam, amma bilirəm ki, sən həyatdasan...


Tarix: 19.11.2013 / 04:09 Müəllif: Akhundoff Baxılıb: 55 Bölmə: Sevgi varmı?