beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Yagiwla Birge Sevdim Seni...

Yağışın her damlasında senin simanı görürem,bezisinde mene gülümseyir bezisinde mene esebleşirsen…
Yağış damlalarının düşdüyü kiçik gölmeçelerdeki dalğalarda senin siman dalğalanır….
Yağış damcılarının qulağımda seslendirdiyi musiqi seni canlandırır…
Yağışdan sonra gelen torpaq qoxusu seni xatırladır mene…

Yağışı sevirem seni mene xatırlatdığı üçün…
Yağışa nifret edirem seni unutmağa qoymadığı üçün…

Bes sen meni xatırlamırsan?

Bes ne tez unutdun o ilk heyecanları?

Men seni görende heyecanlanırdım,adını eşidende heyecanlanırdım..adını öz-özüme teleffüz ede bilmirdim,qorxurdum.Adını bir vereqe tez-tez yazıb pozurdum…Adının yazılışına bele baxa bilmirdim…Seni sevmekden qorxurdum,ama seni sevirdim axı…Adımı senin sesinde eşitmek meni heyecanlandırırdı..Sesin bütün günü qulağımda seslenirdi…
İndi ise seni yadıma sala bilmirem.
Bes sen meni xatırlamırsan?

Axı aradan kecen bu zaman erzinde ne qeder yağış yağıb,ay insafsız??

Bes deyirdin “yağış bizim üçün yağır”..
Bizi xatırlamırsan?
Niye demedin axı?Niye etiraf etmedin,mene de etraf etmeye cesaret vermedin,axı hamı bilirdi bizim bir birimize,öz ozümüze etiraf etmeye qorxduğumuz hissleri..Hamı bilirdi..
Hamı senden ehtiyat edirdi,meni müdafie edirdin,danlayırdın,esebleşirdin,amma demirdin..Demedin de…
Ele sessiz-semirsiz çıxıb getdin…meni yağışlarla baş başa qoyub getdin…

Hemişe pencerenin arxasında oturub yağışa baxanda fikirleşirdim ki,ne vaxtsa ikimiz eyni pencerenin arxasında oturub yağışa baxacağıq…Amma men yene de hemin pencerenin arxasında tek oturub yağışa baxıram..Sen hardasan?
Hansı pencerenin arxasındasan?
kiminlesen?.
Bilmirem...Yağışa baxanda men yadına geliremmi?.
Bilmirem…
Zalımsan…Meni kiçik bir sehve göre bele ağır cezalandırdın..Heç bir söz de soruşmadan getdin…Meni bu fikirlerle,dü.üncelerlerle ve ömrümün axırına qeder yağan yağışlarla baş-başa qoyub getdin…

Yağışı sene göre sevirdim...
Sene göre de nifret edirem…


Tarix: 19.11.2013 / 04:09 Müəllif: Akhundoff Baxılıb: 170 Bölmə: Sevgi varmı?